Menu
  • 16-12-2018
      • Bakı +8+10

  • 08-11-2018
    • $ 1.7
      1.9423

1   2   3   4   5   6

SOSİAL

Ötən 6 ay hansı nəticələrlə yadda qalıb?

14-07-2018 [ 10:13 ] [ oxunub:844 ]
A+ | A-

İyulun 13-də Pirallahıda 2018-ci ilin birinci yarımillinin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vasif İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncədə asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis əməkdaşlarının xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov açaraq iyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini diqqətə çatdırıb. Natiq Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətinin nəticəsi olaraq Pirallahı rayonunun da ilin ötən dövrü ərzində həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə yeni uğurlu nəticələrə imza atdığını diqqətə çatdırıb. Son beş ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verib.

Vasif İmanov qeyd edib ki,  Pirallahı qəsəbəsi S. Vurğun küçəsində ümumi mənzillərin sayı 114 olan ikisi 6, biri 9 mərtəbəli olan  3 ədəd yeni yaşayış binasının inşası davam etdirilir. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında son tamamlanma işləri aparılır, həmçinin Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün tikilən yeni inzibati binalarda tikinti işləri davam etdirilir. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Pirallahı  qəsəbəsi, 28-ci məhəllədə  yeni yanacaqdoldurma  məntəqəsinin  inşası  tamamlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Pirallahı qəsəbəsində «Nümunəvi həyətlər» layihəsi çərçivəsində aparılan işlərin davam etdirildiyini vurğulayıb: «Heydər Əliyev  Mərkəzi  park  kompleksində işlər davam etdirilir. Pirallahı qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 235 nömrəli orta məktəbdə təmir işlərinə başlanılıb.»

Daha sonra Vasif İmanov qeyd edib ki, rayonda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. 

Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğulayıb ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən, yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında «Hayat Pharm» və «Caspian Pharmed» dərman preparatları, eləcə də şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Pirallahıda məhsuldarlığı 50 ton/saat olan DS - 158 markalı Asfalt-beton zavodunun quraşdırılması işləri tamamlanıb və istismara verilib. «Nərəkənd”» balıqyetişdirmə kompleksində  qapalı tipli fermalarının tikinti-quraşdırma işləri davam etdirilib.

Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov qeyd edib ki, hesabat dövründə 2500-ə qədər zeytun ağacı əkilib. Turizmin inkişaf perspektivlərinə toxunan natiq vurğulayıb ki, Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb. Sonra V.İmanov gələcək pespektivdə olan həllivacib  layihələr, prioritet məsələlər barədə ətraflı məlumat verib.

Çıxışın sonunda V.İmanov diqqətə çatdırıb ki, Pirallahı sakinlərinin öz soykökünə bağlılığı və demokratik dəyərlərə sadiqliyi, o cümlədən rayonumuzda görülən işlər onu deməyə əsas verir ki, «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan olunmuş 2018-ci ilin qalan dövrü Pirallahı rayonunda uğurla başa vurulacaq.

Hesabat ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıblar.

Sonda rayonun ictimai həyatında və sosial-iqtisadi inkişafında fəal iştirak edən bir qrup şəxs rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edilib.

Orxan Vahidoğlu,

«İki sahil»

DİGƏR XƏBƏRLƏR