Menu
  • 17-07-2018
      • Bakı 29+34

  • 17-07-2018
    • $ 1.7
      1.9874

1   2   3   4   5   6

SOSİAL

Nazir Yevlaxda 40-a yaxın vətəndaşın müraciətinə baxıb

21-12-2017 [ 13:08 ] [ oxunub:472 ]
A+ | A-

Ekologiya və təbii sərvətlər naziri Yevlax rayonunda 40-a yaxın vətəndaşın müraciətinə baxıb

Dekabrın 21-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarında, o cümlədən Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması məqsədilə nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

DİGƏR XƏBƏRLƏR