04.09.2010 |  | Sentyabrın 3-də ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Fövqəladə Hallar Na¬zirliyi qüvvələri ilə birgə mülki müdafiə təlimləri keçirilmişdir. Təlimin əsas məqsədi fövqəladə hadisələr zamanı “Azərikimya” İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin qarşılıqlı və operativ fəaliyyətini təşkil etməkdir. Tədbir zamanı xüsusilə yanğın və digər fövqəladə... | |
|
|
03.09.2010 |  | Müasir dövrdə istehsalat fəaliyyətinin tənzimlənməsi, maliyyə-uçot əməliyyatlarına daha ciddi nəzarət edilməsi və müəyyən proqnozlaşdırma-planlaşdırma işlərinin mükəmməl aparılması, əməliyyatların çeviklik xüsusiyyəti baxımından olduqca mühüm olan və səmərəli nəticələr verən SAP sisteminin yaxın zamanlarda “Azərikimya” İstehsalat Birliyində də geniş tətbiqi nəzərdə tutulmuşdur.
Sentyabrı... | |
|
|
02.09.2010 |  | Ötən həftə “SOCAR-TURCAS” Birgə Müəssisəsinin idarəçiliyində fəaliyyət göstərən “Petkim” Şirkətinin avtomatika və energetika sistemləri üzrə bir qrup mütəxəssisi “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda olmuş, yerli mütəxəssislərlə birgə EP-300 kompleksinin nəzarət-ölçü sisteminin yenidən qurularaq, elektron sistemə keçirilməsi, kompressorlarda və istilikdəyişdiricilərdə tutulmaların qarşısının daha effektli v... | |
|
|
01.09.2010 |  | Qazma prosesində istifadə olunan qazma məhlulları və onların ayrı-ayrı komponentləri dəniz mühitinə və dəniz orqanizmlərinə mənfi təsir göstərir. Odur ki, qazma məhlullarının və digər tullantıların dəniz orqanizmlərinə və biotlarına təsirinin sistemli şəkildə öyrənilməsi üçün ətraflı tədqiqat işinin və təhlillərin aparılması tələb olunur. Bu məqsədlə Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin ə... | |
|
|
28.08.2010 |  | İstedadlı və perspektivli gənclərin ARDNŞ-nin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə qurumun Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. Bu Proqram hər il təhsildə biliyi ilə fərqlənən gənclərin xarici ölkədə bakalavr və magistr pilləsi üzrə təhsil almasına geniş imkanlar açır. Azərbaycan Respublikasının Prezi... | |
|
|
26.08.2010 |  | Avqustun 25-də ARDNŞ-in Baş ofisində “SOCAR Yay Məktəbi”nin iştirakçıları ilə görüş keçirilmişdir. Tədbirdə ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində xaricdə oxumuş təqaüdçülər və ARDNŞ-in Kadrların hazırlanması şöbəsinin əməkdaşları iştirak etmişlər. Görüşdə Yay Məktəbinin iştirakçılarına Məktəbin məqsəd və məramı haqqında geniş məlumat verilmiş, Mə... | |
|
|
25.08.2010 |  | Bu günlərdə “Azərikimya” İB-nin Mexaniki-təmir zavodu ilk dəfə olaraq ekoloji əhəmiyyətli sutəmizləyici qurğu hazırlamışdır. Ekologiyanın, ilk növbədə dəniz və çayların, həmçinin ətraf mühitin saflığının qorunması məqsədini daşıyan və yaşayış massivlərində, müəssisələrdə, eləcə də fərdi yaşayış sahələrində quraşdırılması nəzərdə tutulan qurğu Çexiyanı... | |
|
|
21.08.2010 |  | ARDNŞ-nin mühüm strukturlarından olan “Azərikimya” İB-də aparılan əsaslı təmir və yenidənqurma işləri uğurla davam etdirilir. Həyata keçirilən bu işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirilir.
Belə ki, Birliyin Etilen-polietilen zavodunda başa çatmaqda olan əsaslı təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsi ilə bağlı... | |
|
|
19.08.2010 |  | Avqustun 17-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, İqtisadi İnkişaf naziri Şahin Mustafayev və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Sumqayıtda olmuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ilin sonlarında şəhərin sənaye zonasında yaradılmış müasir istehsalat kompleksində - Sumqayıt Texnoparkında olan dövlət strukturlarının rəhbərləri bu yeni sənaye mü... | |
|
|
18.08.2010 |  | 14-15 avqust tarixlərində ARDNŞ-nin Baş ofisində “SOCAR Yay Məktəbi” layihəsi iştirakçılarının seçimi üzrə müsabiqənin ikinci turu çərçivəsində müsahibələr keçirilmişdir.
Müsabiqənin ikinci turuna ölkəmizdə və xaricdə təhsil alan 80 (18 qız, 62 oğlan) tələbə buraxılmışdır. Müsahibələr ARDNŞ-nin Kadrların hazırlanması şöbəsinin əməkdaşları və Şirkətin Təqaüd Proqramı... | |
|
|
17.08.2010 |  | Hazırda əsaslı təmir işlərinin davam etdirildiyi “Azərikimya” İstehsalat Birliyininin Etilen-Polietilen Zavodunun qazların sıxılması sexində 4 istiliksaxlayıcının izolyasiya işləri tam və keyfiyyətlə, müasir standartlar səviyyəsində yekunlaşdırılmışdır. İşlər Birliyin Əsaslı Tikinti İdarəsinin təmirçiləri tərəfindən həyata keçirilmişdir. Avadanlıqlarda və texnoloji xətlərdə 1200 kvadratmetrə qədər yumşaq izolyasi... | |
|
|
12.08.2010 |  | Son illər Gürcüstanda neft məhsullarının pərakəndə ticarət bazarı sürətlə inkişaf edir. ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi “SOCAR Georgia Petroleum” MMC qonşu ölkə iqtisadiyyatı, həm də əhalisi üçün mühüm maraq kəsb edən şəbəkəsini genişləndirməkdə davam edir. Avqustun 11-də Gürcüstanın Tbilisi şəhərinin mərkəzi hissəsində, Saburtalo küçəsində və Senaki şəhərin... | |
|
|
04.08.2010 |  | ARDNŞ Gürcüstanda “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir. Avqustun 3-də Gürcüstanın Batumi şəhərində 2 yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilmişdir. Yanacaqdoldurma məntəqəsinin biri Batumi şəhərinin girişində, digəri isə çıxışında - Gürcüstan-Türkiyə sərhədinə gedən yolda açılmışd... | |
|
|
23.07.2010 |  | ARDNŞ-in Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin tərkibində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasına analiz üçün daxil olan torpaq, su və hava nümunələrinin tədqiqi dünyanın aparıcı şirkətlərinin istehsalı olan, beynəlxalq standartlara cavab verən cihaz və avadanlıqlardan istifadə etməklə həyata keçirilir. Müxtəlif təyinatlı tədqiqat işlərinin keyfiyyətinin artırılması, maddi-texniki bazanın təkmilləşdiri... | |
|
|
22.07.2010 |  | İyulun 21-də ARDNŞ-nin Baş Ofisində 22 iyul Milli mətbuat günü münasibəti ilə neft-qaz mövzusunda yazan jurnalistlərlə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə acan ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyun 2010-cu il tarixli “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, ölkənin hər yerində bu bö... | |
|
|
20.07.2010 |  | İyulun 17-də Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “BOTAŞ” şirkəti Azərbaycan və Türkiyə arasında təbii qaz boru kəmərinin tikilməsi layihəsi üzrə danışıqlar aparmışdır. Danışıqlar zamanı şirkətlər ARDNŞ-nin Naxçıvan M... | |
|
|
17.07.2010 |  | ARDNŞ-nin “Azərkimiya” İstehsalat Birliyi Sumqayıtdan H.Z.Tağıyev qəsəbəsinə gedən magistral yolun Etilen-polietilen və Üzvü sintez zavodları istiqamətində olan hissəsində təmir işlərinə başlamışdır. Təmir zamanı yolun bir kilometrə qədər hissəsinin asfalt örtüyü tamamilə dəyişiləcək, 2 min kubmetr sahədə isə təmir-bərpa işləri görüləcəkdir. Təmir işlərinə 12 ədəd müxtəlif profilli texmnika cə... | |
|
|
16.07.2010 |  | İyulun 15-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Almaniyanın “Deutsche Bank”ının İdarəetmə Şurasının üzvü və Müşahidə Şurasının sədri Yurgen Fitşhenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev ARDNŞ ilə “Deutsche Bank” arasında səmərəli əməkdaşlıq münasibətləri qurulduğunu qeyd etmişdir.
O, dünyada yaranmış iqtisadi böhran zamanı da beynəlxalq m... | |
|
|
14.07.2010 |  | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, ARDNŞ yüksək ixtisaslı gənc neft mütəxəssislərinin hazırlanmasını daim diqqət mərkəzində saxlayır. 2010-cu il iyulun 13-də ARDNŞ-nin Xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda Maltanın Beynəlxalq Dəniz Hüququ İnstitutunda dəniz hüququ ixtisası üzrə magistratura təhsilini ba... | |
|
|
13.07.2010 |  | ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlığı uğurla davam edir. Cəmi bir ay əvvəl başlanmış işbirliyinin nəticəsi olaraq Akademiyanın bir qrup məzunu ARDNŞ-nin “Azərikimya” İB-nin mütəxəssislərindən təşkil olunmuş komissiyanın müsahibəsindən keçdikdən sonra Birliyin müəssisələrində gənc mütəxəssis kimi işləmək üçün istehsalata vəsiqə almı... | |
|
|
09.07.2010 |  | ARDNŞ-in xarici şirkətlərlə imzaladığı müqavilələr deyilənlərin təsdiqidir
1994-cü ildən ənənəvi keçirilən Beynəlxalq neft və qaz, neftayırma və neft kimyası sərgi-konfransı Azərbaycanın enerji potensialının dünyaya təqdimatında, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bu ilin iyununda keçirilən XVII Beynəlxalq Xə... | |
|
|
08.07.2010 |  | Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cu illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən respublika əhalisinin mavi yanacaqla fasiləsiz və keyfiyyətlə təmin edilməsi məqsədi ilə işlər davam etdirilir. ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi respublikanın bütün regionlarında olduğu kimi Ağdaşın qaz təchizatının yaxşılaşdırılması istiqamətində də nailiyyətlər ... | |
|
|
06.07.2010 |  | ARDNŞ-in I vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə qlobal layihələrin Gürcüstan ərazisindən keçməklə reallaşmasındakı xidmətlərinə görə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir. X.Yusifzadə orta məktəbi bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Az... | |
|
|
02.07.2010 |  | “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində əhalinin qazla təminatında əhəmiyyətil dönüş hiss olunmaqdadır. Regionlarda yaşayan əhalinin qaz təchizatının yaxşılaşdırılması, mavi yanacaqla təchiz olunmayan kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində uğ... | |
|
|
26.06.2010 |  | ARDNŞ rəhbərliyinin nümayəndələri Qafqaz Universitetində olmuş, bu təhsil ocağının rektoru və professor-müəllim heyəti ilə görüş keçirmişlər. ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov son illər Şirkətdə təhsil proqramları çərçivəsində görülən işlər, eləcə də tətbiq olunan informasiya texnologiyaları barədə ətraflı bəhs edərək bu layihələrin uğ... | |
|
|
24.06.2010 |  | İyunun 23-də ARDNŞ-nin Baş ofisində Şirkət rəhbərliyi ilə Bakıya rəsmi səfərə gəlmiş Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər məsələləri üzrə Federal naziri Reinhold Mitterlenherin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir. Qonaqları salamlayan ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov son illər Avstriya şirkətləri ilə ARDNŞ arasında işgüz... | |
|
|
22.06.2010 |  | Son vaxtlar “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində insan amili ön plana çəkilərək, kimyaçıların sağlamlığı və sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələ olaraq başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Məhz buna görədir ki, Birlikdə yeni, mütərəqqi texnologiyalar əsasında yaxın gələcəkdə müasir və zərərsiz istehsal sahələrinin yaradılması, Sumqayıt... | |
|
|
17.06.2010 |  | 15 İyun - Milli Qurtuluş Günü respublikamızın hər yerində olduğu kimi, “Azərikimya” İstehsalat Birliyində də təntənəli şəkildə qeyd edilmişdir. Birliyin “Kimyaçı” Mədəniyyət sarayının qarşısındakı geniş meydanda, açıq səma altında Birliyin müəssisələrində çalışan kimyaçıların və şəhər sakinlərinin iştirakı ilə böyük bayram təntənəsi keçirilmişdir. “Kimyaçı” Mədəniyyə... | |
|
|
11.06.2010 |  | İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasında ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi rəhbərliyinin Akademiyanın prezidenti Mahmud Kərimovla görüşü keçirilmişdir. Görüşdə Azərbaycan alimlərinin hazırladığı texnologiyalar əsasında təkcə respublikamızda deyil, bütün keçmiş SSRİ-də və digər sosialist ölkələrində bir sıra iri sənaye müəssisələrinin, nəhəng texnoloji qurğuların işə salındığı qey... | |
|
|
10.06.2010 |  | Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ARDNŞ-in qarşısında “Neft Daşları” yatağında illik hasilatın 1,2 milyon tona çatdırılması ilə bağlı vəzifə qoymuşdur. Bu məqsədlə yataqda yeni platformalar quraşdırılır, sualtı boru kəmərləri çəkilir və tikinti işləri aparılır. Hazırda “Neft Daşları” yatağında dənizin 46 metr dərinliyində quraşdırılacaq 4 bloklu 2585 nömrəli platfor... | |
|
|
09.06.2010 |  | ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi rəhbərliyi Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Neft Akademiyasında olmuş, burada istehsalat əlaqələri çərçivəsində görüş keçirmişdir. Görüş zamanı “Azərikimya” İstehsalat Birliyinin kimya müəssisələrində çalışan mütəxəssislərin əksəriyyətinin Azərbaycan Dövlət Neft Akademiyasının məzunları olduqları, onların ö... | |
|
|
03.06.2010 |  | İyunun 2-də ARDNŞ prezidenti Rövnəq Abdullayev XVII “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2010” sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Eni korporasiyasının birinci vitse-prezidenti Daniele De Giovanninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları şirkətin Baş Ofisində salamlamaqdan məmnun olduğunu söyləyən Rövnəq Abdullayev hər il Bakıda keçirilən sərgi-konfransın əhə... | |
|
|
26.05.2010 |  | Mayın 25-də ARDNŞ-in “Kompleks Qazma İşləri” Trestində “Müasir quyuiçi texnologiya və alətlərdən istifadə” mövzusunda elmi-təcrübi seminar keçirilmişdir. Tədbirdə Trestin rəhbərliyi, mühəndis və texniki heyəti, eləcə də ölkəmizdə fəaliyyət göstərən podratçı qazma şirkətlərinin nümayəndələri iştirak etmişlər.
ABŞ-ın “APS” şirkətinin nümayəndəsi elektron slaydlar vasitəsi ilə təmsil etdiyi q... | |
|
|
25.05.2010 |  | Mayın 24-də ARDNŞ-in Baş ofisində Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə 2009-2010-cu tədris ilinin I semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir. Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev çıxış edərək Şirkətin təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş və təhsillərində onlara uğurlar arzulamı... | |
|
|
21.05.2010 |  | Mayın 20-də ARDNŞ-in Baş ofisində Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi tərəfindən ayrılmış qrant əsasında Tullantıların İdarəedilməsi Mərkəzi üçün Texniki-İqtisadi Əsaslandırma Sənədinin hazırlanması məqsədi ilə elan olunmuş tenderin qalibi Mİ-LLC Şirkəti və Dövlət Neft Şirkəti arasında müqavilənin imzalanma mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə aç... | |
|
|
19.05.2010 |  | Mayın 18-də Avropa otelində “Meksika Körfəzində baş vermiş ekoloji fəlakət ilə əlaqədar Xəzər dənizindəki neft-qaz əməliyyatlarında ekoloji və investisiya riskləri” mövzusunda tədbir keçirilmişdir. Milli Məclis, Nazirlər Kabineti, Sənaye və Energetika Nazirliyi, Ekologiya və təbii sərvətlər Nazirliyinin, ARDNŞ nümayəndələrinin, qeyri-hökumət təşkilatı təmsilçilərinin iştirak etdikləri tədbirdə ARDNŞ-nin ekologiya üzrə vit... | |
|
|
18.05.2010 |  | Mayın 15-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Dövlət Neft Şirkəti tərəfindən Xızı rayonunda inşa edilən Müalicə-Diaqnostika Mərkəzinin təməlqoyma mərasimi olmuşdur. Tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin təmsilçiləri, Xızı rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, eləcə də rayon ... | |
|
|
15.05.2010 |  | Mayın 14-də ARDNŞ-in yeni təyin olunmuş vitse-prezidentlərinin təqdim olunma mərasimi keçirilmişdir. Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək son illər ARDNŞ-in əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışmış, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açmışdır. O bildirmişdir ki, Ş... | |
|
|
06.05.2010 |  | Xarici investisiyaların neft-kimya sənayesinə yönəldilməsini təmin etməklə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar yaranır
Yeni neft strategiyasının uğurlarını yaşayan Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində öz mövqeyini möhkəmləndirir. Təbii ki, əldə olunan hər bir uğurun arxasında Heydər Əliyev ideyaları dayanır. Məhz onun uzaqgörən siyasəti nə... | |
|
|
30.04.2010 |  | Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-in tabeçiliyinə verilmişdir. Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 200... | |
|
|
28.04.2010 |  | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, ARDNŞ yüksək ixtisaslı gənc neft mütəxəssislərinin hazırlanmasını daim diqqət mərkəzində saxlayır. Aprelin 27-də ARDNŞ-in Xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilmişdir. İlk olaraq iclasda Almaniyanın Dortmund Təbiət Elmləri Universitetində layihə meneceri ixtisası üzrə magistratura təhsilini başa... | |
|
|
27.04.2010 |  | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi, ARDNŞ-nin qarşısında cari ilin sonunadək ölkənin yeraltı qaz anbarlarının tutumunun 3 milyard kubmetrə çatdırılması vəzifəsi qoyulmuşdur. Hazırda Azərbaycanda 2 yeraltı qazsaxlama anbarı - Qaradağ və Qalmaz yeraltı qazsaxlama anbarları fəaliyyət göstərir. Aprelin 24-də ARDNŞ... | |
|
|
22.04.2010 |  | Azərbaycan Respublikası Dövlət Neft Şirkətində aparılan struktur islahatları ilə əlaqədar qazma işlərinin ahəngdarlığını artırmaq, qazılmış quyuları keyfiyyətlə istismara daxil etmək üçün bir sıra müştərək müəssisələr yaradılmışdır. Belə müəssisələrdən biri də “SOCAR - AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “SOCAR - AQŞ” yarandığı gündən etibarən qarşısına qoyulan mə... | |
|
|
20.04.2010 |  | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ölkəmizdə ətraf mühitin mühafizəsi məsələlərinin həllinə diqqəti daha da artırıb. Azərbaycanda bu istiqamətdə görülən işlər, genişmiqyaslı proqramların həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəldilmişdir. Ölkənin hər yerində yaşıllaşdırma istiqamətində... | |
|
|
16.04.2010 |  | Aprelin 15-də ARDNŞ-nin Baş ofisində Avropa Birliyinin Energetika məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının neft-qaz sənayesinin inkişaf perspektivləri, Avropa Birliyinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində ölkəmizin rolu da daxil olmaqla geniş spektrli məsələlər müzakirə olunmuşdur. ARDNŞ rəhbərliyinin tə... | |
|
|
15.04.2010 |  | “Təmiz şəhər” ASC ilə ARDNŞ-in Ekologiya İdarəsi aprelin 16-da “Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-dən məlumat verilib.
“Konfrans Ekologiya ili çərçivəsində məişət tullantılarının idarə edilməsi, bu sahədə mövcud vəziyyət və görülən işlərə diqqəti cəlb etmək məqsədi ilə t... | |
|
|
13.04.2010 |  | Aprelin 10-da ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri Hacıqabul və Cəlilabad rayonlarında olmuşlar. Əvvəlcə, Hacıqabul rayonuna gələn ARDNŞ rəhbərləri yeni qurulan kompressor stansiyasına baş çəkmiş, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar. Qeyd edilmişdir ki, yeraltı qazsaxlama anbarlarına təbii qazın vurulmasında Hacıqabul Kompressor Stansiyasının əhəmiyyəti nəzərə... | |
|
|
08.04.2010 |  | IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirildi
Son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ekologiya məsələlərinə diqqətin artırılmasını zəruri etmişdir. Dövlət başçısı İlham Əliyevin 28 sentyabr 2006-cı ildə imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdı... | |
|
|
07.04.2010 |  | “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” Istehsalat Birliyi üzrə qaz təsərrüfatının 2010-2013-cü illərə dair İnkişaf Proqramı”na uyğun olaraq regionların qazlaşdırılması istiqamətində görülən işlər sürətlə davam etməkdədir. Birliyin bu sahədə reallaşdırdığı məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkəmizin müxtəlif bölgələrində əhalinin mavi yanacaqla təhlükə... | |
|
|
03.04.2010 | Şirkət 2009-cu ildə istehsala yönəltdiyi sərmayələrin həcminə görə beynəlxalq miqyasda liderlik qazanıb
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində Azərbaycan yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərə imza atıb. Hasil olunan neftin və qazın dünya bazarlarına ixrac edilməsi üçün şaxələndirilmiş neft-qaz kəmərləri sistemi yaradılmışdır.
Bu gü... | |
|
|
30.03.2010 |  | “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” Istehsalat Birliyi üzrə qaz təsərrüfatının 2010-2013-cü illərə dair İnkişaf Proqramı”na uyğun olaraq regionların qazlaşdırılması istiqamətində görülən işlərin surəti artır. Birliyin bu sahədə reallaşdırdığı məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkəmizin müxtəlif bölgələrində əhalinin mavi yanacaqla fasiləsiz və keyfiyyətli tə... | |
|
|
20.03.2010 |  | Bu günlərdə ARDNŞ-in Baş ofisində Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda müsabiqənin 1-ci turunun nəticələri müzakirə edilmiş, 2-ci tura keçid balları müəyyən olunmuşdur. Qeyd edək ki, Komissiyanın qərarı və 2-ci turda iştirak etmək hüququ qazanmış ... | |
|
|
19.03.2010 |  | Martın 18-də ARDNŞ-in baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev İtaliyanın “Saipem” şirkətinin əməliyyatlar üzrə baş direktoru İves İnbonanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev son illər Azərbaycanın neft-qaz sənayesində əldə olunmuş uğurlardan danışmış, bu uğurların qazanılmasında xarici tərəfdaşların rolunu qeyd etmişdir. O bildirmişdir ki, Azə... | |
|
|
17.03.2010 |  | Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz daxili imkanları hesabına yaşayır. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr məhz Azərbaycanın adı ilə bağlıdır. Hazırda ölkədə icra olunan sosial-iqtisadi proqramlar Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə gətirib çıxarır. Bunun əsas səbəbi düzgün seçilən strategiyanın uğurla davam etdirilməsidir.
Etiraf etmə... | |
|
|
16.03.2010 |  | Martın 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin iştirakçıları üçün məntiqdən növbəti test imtahanı keçirmişdir. 2009-2010-cu tədris ilinin ikinci semestrində ARDNŞ təqaüdlərini almaq üçün müraciət etmiş 1055 nəfər tə... | |
|
|
13.03.2010 |  | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə İstehsalat Birliyi statusunda ARDNŞ-in strukturuna daxil edilmiş “Azəriqaz” tərəfindən əhalinin davamlı olaraq mavi yanacaqla təhlükəsiz və keyfiyyətlə təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətlərində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bir çox məsələlər ... | |
|
|
12.03.2010 |  | ARDNŞ ilə Fransanın “Total” şirkəti uzun müddətdir ki, kadr hazırlığı sahəsində sıx əməkdaşlıq edir. Bu günlərdə həmin əməkdaşlıq çərçivəsində Fransanın Paris Neft İnstitutunun xarici tələbələr üzrə prorektoru, professor Jan Pyer Roan və “Total” şirkəti mərkəzi ofisinin kadr hazırlığı üzrə departament rəhbəri xanım Veronik Minyonak Bakıda səfərdə olmuşlar. Onlar ARDNŞ ilə Fransanın “Total” ş... | |
|
|
11.03.2010 |  | Dünən ARDNŞ ilə Almaniyanın “RWE Dea” Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Naxçıvan” prespektiv strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair Qarşılıqlı Anlaşma Memorandumunun imzalanma mərasimi keçirildi.
Mərasimi giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qonaqları ... | |
|
|
10.03.2010 |  | Martın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin Baş ofisində Çıraq Neft Layihəsinə sanksiya verilməsi ilə bağlı mərasim keçirilmişdir. Tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, bu layihə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun hazırda davam edən işlənməsində növbəti əhəmiyyətli addımdır. O bildirmişdir ki, layihə “Əsrin müqaviləs... | |
|
|
06.03.2010 |  | Martın 5-də ARDNŞ-nin Baş ofisində 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir kecirilmişdir. Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ARDNŞ-nin qadın kollektivini bayram münasibəti ilə səmimi qəlbdən təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər, cansağlığı və xoşbəxtlik arzulamışdır. O, qadınların ölkə iqtisadiyyatının inkişafında, vətəndaş cəmiyyəti qurucu... | |
|
|
05.03.2010 |  | Hörmətli neftçi idmançılar
Sizi və ölkəmizin bütün idman ictimaiyyətini Bədən tərbiyəsi və idman günü münasibəti ilə ürəkdən təbrik edir, sizə yeni-yeni qələbələr arzulayıram.
Ölkəmiz tarixin bütün dövrlərində öz idman ənənələri və idmançıları ilə tanınmışdır. Milli yarışların, idman oyunlarının keçirilməsi xalqımızın min illərdən bəri qoruyub saxladı... | |
|
|
04.03.2010 |  | Martın 3-də ARDNŞ prezidenti Rövnəq Abdullayevlə Böyük Britaniyanın Enerji Naziri Lord Huntun başçılıq etdiyi nümayəndə heyətinin görüşü olmuşdur. Qonağı səmimi salamlayan ARDNŞ prezidenti ötən il onun Azərbaycana səfəri çərçivəsində Dövlət Neft Şirkətində keçirdiyi görüşü yaxşı xatırladığını və bu il yenidən ARDNŞ-ə gəlməsindən məmnunluq duyduğunu qeyd etmişdir. Azərbaycanla B... | |
|
|
03.03.2010 |  | Respublikada qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində aparılan işlər uğurla davam etdirilir. ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin bu sahədə reallaşdırdığı məqsədyönlü tədbirlərin nəticəsi olaraq son illər Tərtər rayonunun qaz təchizatında nəzərəçarpacaq irəliləyişlərə nail olunmuşdur.
Ötən il rayonda əhalinin mavi yanacaqla fasiləsiz və keyfi... | |
|
|
02.03.2010 |  | Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ölkəmizdə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb. Azərbaycanda bu istiqamətdə görülən işlər, genişmiqyaslı ekoloji proqramların həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəldilmişdir.
Ölkənin hər yerində yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacək... | |
|
|
27.02.2010 |  | ARDNŞ Sosial İnkişaf İdarəsinin struktur bölmələrindən olan Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin əsas təyinatı təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, ölkənin əmək bazarının tələbatına uyğun kadr hazırlığı, təlim-təhsil sisteminin informasiyalaşdırılması və tədrislə bağlı diğər məsələlərin həllindən ibarətdir. Bu gün dünyada təhsi... | |
|
|
26.02.2010 |  | Fevralın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində Elxan Süleymanovun fars dilinə tərcümə olunmuş “Xocalı soyqırımı: Milyon imza, bir istək” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Qeyd olunmuşdur ki, kitab ARDNŞ-in İrandakı nümayəndəliyinin təşəbbüsü və Şirkətin maliyyə vəsaiti ilə nəşr olunmuşdur. Nümayəndəliyin rəhbəri Oqtay Sadıqzadə çıxış edə... | |
|
|
11.02.2010 |  | Fevralın 10-da ARDNŞ-in baş ofisində Şirkətin rəhbərliyi ilə İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir. Qonaqları səmimi salamlayan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev İsrail ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. Bu fikirlə razılaşdığını qeyd edən İsarilli nazir Azərbaycanın son illər siyasi,... | |
|
|
|