04.09.2010 |  | “LUKoil” şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 60 illik yubileyini qeyd edib. Lent.az-ın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall” salonunda keçirilən mərasimi V.Ələkbərovun ən yaxın dostu Araz Ağalarov təşkil edib.
Gecəni ölkənin ən gözəl xanımı, “Spokoynoy noçi, malışi” uşaq verilişinin aparıcısı Oksana Fyodorova aparıb. Amma tədbirə məşhur italiyalı mü... | |
|
|
03.09.2010 |  | Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd İğdır vilayətinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırmışdır.
Türkiyə xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, Ankara Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Qafqazda əsrlər boyu müxtə... | |
|
|
02.09.2010 |  | Türkiyə mətbuatı xəbər verir ki, qardaş ölkənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına sədrliyinin başlanması Ermənistanda ciddi narahatlığa səbəb olmuşdur. Bu narahatlığın əsas səbəbi isə Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarla bağlı BMT-yə təqdim etdiyi qətnamənin layihəsinin Türkiyənin sədrliyi altında müzakirə olunacağıdır.
Bu məsələ ilə bağ... | |
|
|
01.09.2010 |  | Bu hindli qadın anası ölən 3 aylıq buzovu əmizdirməyi tam normal hal hesab edir.
Lent.az-ın “7sur7.be” istinadla xəbərinə görə, bu qadın doğuşdan 3 gün sonra anası ölən buzovu ac qoymaq istəməyib. Buzov da öz növbəsində qadını mehriban qarşılayıb.
Sayta müsahibəsində qadın “Bu, heyvanlara olan sevginin göstəricisidir. Mənim üçün bir körpə ilə bir buzovun heç bir fərqi yoxdur. Mənə təzə doğulmuş buzova döş verdim ... | |
|
|
28.08.2010 |  | - Cənab Hauzer, 2006-cı ildən bəri siz Berlində Almaniya-Azərbaycan Forumunun nümayəndəsisiniz; bu ilin aprel ayında isə Azərbaycanın Ştutqartda fəxri konsulu təyin olunmusunuz. Azərbaycanla qarşılıqlı münasibətlərinizin tarixindən bir az danışın...
- Bir neçə il əvvəl Azərbaycan haqqında mənə sual vermişdilər. Bu ölkənin öz neft və qazı olduğunu bildirmişdim və mənə almanların, xüsusilə, nümayəndəsi olduğum Baden-... | |
|
|
26.08.2010 |  | Ankara, (AzərTAc). Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirmişdir ki, hazırda Nabukko üçün üç tədarükçü ölkə nəzərdə tutulur. Bunlardan ikisi - Azərbaycan və İraq ən aktual tədarükçülərdir. Digər tədarükçü isə Türkmənistandır.
Nazirin sözlərinə görə, Nabukko kəmərinə üç təməl nöqtədən qaz nəql oluna bilər. Bunlardan birincisi, Gürcüstan sərhədindən... | |
|
|
25.08.2010 |  | Çin paytaxtındakı avtomobil yollarının birində 9 gündür davam edən tıxac həyatı iflic edib.
Lent.az-ın “7sur7.be” saytına istinadla məlumatına görə, avtobanlardan birində aparılan təmir işləri nəticəsində ana yollardan birində böyük tıxac yaranıb. 10 gün əvvəl başlanan təmir işlərinin isə 13 sentyabra başa çatması nəzərdə tutulur. Hazırda tıxacın uzunluğu 100 kilometrə yaxınlaşıb. Sürücülər günlə... | |
|
|
21.08.2010 |  | İngilis avtomobil şirkəti “Vauxhall” bu ayın sonunda keçiriləcək “VXR Power Festival”da yeni avtomobil təqdim etmək niyyətindədir.
Lent.az-ın “kolesa.ru”-ya istinadən xəbərinə görə, 1967-ci il model “Victor FD”-nin bazasında yaradılacaq avtomobil 3000 at gücündə V8 mühərriklə təchiz ediləcək. Avtomobilin Maksimal sürəti 385 km/saat olacaq. Şirkət bu modeli ilə “Bugatti”nin qarşısına çıxmaq niyyətindədir.
“Vauxhall Victor FD”nin premyerası 28 avqustda keçiriləcə... | |
|
|
19.08.2010 |  | Hər bir ciddi avtomobil istehsalçısı kimi Bugatti də avtomobillərini özünəməxsus saatla komplektləşdirir.
Lent.az-ın “xelopolis.com”-a istinadən xəbərinə görə, şirkət bu dəfə özünün “Veyron Super Sport” modeli üçün eksklüziv saat sifariş edib. İsveçrənin “Parmigiani” firmasının saatının qiyməti 260 min dollardır. Bu saat avtomobildə quraşdırılmayacaq. Cəmi 30 ədəd hazırlanacaq saatı “Parmigiani” firmasının nümayəndəlikl... | |
|
|
18.08.2010 |  | Ciddi iqtisadi böhran yaşayan Ermənistan ordusunda acınacaqlı vəziyyət hökm sürməkdədir.
Ermənistan ordusunda fərarilik, ölüm, təcavüz, zorlama, “dedovşina”, rüşvət, korrupsiya, intihar və digər halların sayı durmadan artır. Silahlı qüvvələrdəki mövcud vəziyyət isə hakimiyyəti narahat etmir. Çünki, ölkənin müdafiəsinə birbaşa cavabdehlik daşıyan şəxslərin başı biznesə qarışmışdır.
Azərbaycan... | |
|
|
17.08.2010 |  | Krasnodarda 80 minə yaxın insanın qeydiyyatda olduğu şəxsi ev aşkarlanıb. APA-nın məlumatına görə, Krasnodar vilayət prokurorluğu bu evdə Rusiya vətəndaşları ilə yanaşı əmək miqrantlarının da qeydiyyatda olduğunu aşkarlayıb. Həmin şəxslərin qeydiyyata götürülmək hüququnu təsdiqləyəcək heç bir sənəd aşkarlanmayıb. Ev sahibinin şəxsiyyəti və ona qarşı hər hansı cəza tətbiq olunub-olunmayacağı aç... | |
|
|
04.08.2010 |  | Çinin “Geely” şirkəti İsveçin “Volvo” avtomobil konserninin alınması prosesini başa çatdırıb.
Bu, Çinin sürətlə inkişaf edən avtomobil sənayesinin ən iri xarici sövdələşməsidir. “Geely” əvvəllər ABŞ-ın “Ford” konserninə məxsus İsveç şirkəti üçün təxminən 1,3 mlrd. dollar ödəyib.
Son zamanlar “Volvo” işçi qüvvəsinin yüksək qiyməti və satış səviyyəsinin düşməsi ilə əlaqədar ciddi ç... | |
|
|
23.07.2010 |  | “Heç bir ölkə qanundan yüksək deyil...”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iyulun 14-də Vaşinqtona səfəri zamanı ABŞ dövlət katibi Hillari Klintona qışqırıb. Lent.az-ın verdiyi məlumata görə, bu barədə “Radikal” qəzeti “Financial Times” qəzetinə istinadən məlumat yayıb.
Əhməd Davudoğlu İsrail ordusunun Qəzza sektoruna humanitar yardım aparan Azadlıq karvanı və bu karvanda yer alan “Mavi Marmara” gəmisinə hücumla bağlı AB... | |
|
|
22.07.2010 |  | ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Müstəqillik Gününü qeyd edib.
APA-nın verdiyi xəbərə görə, ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər vəkili Adam Sterlinq çıxış edərək deyib ki, Azərbaycan ABŞ-a dost və tərəfdaş ölkə kimi arxalana bilər. Tədbirdə iştirak edən Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, Bakıda ABŞ səfərliyi açılandan bu günə kimi, iki ölkə arası... | |
|
|
17.07.2010 |  | Dünyanın ən zəngin adamı olan meksikalı Karlos Slimin özünə ayda cəmi 24 min dollar maaş verdiyi ortaya çıxıb.
“APA-Economics”in xəbərinə görə, 2002-ci ildə Karlos Slim haqqında avtobioqrafik kitab yazan Jose Martinez onun dünyanın ən varlı adamı seçilməsindən sonra kitabını yenidən nəşr edib.
Kitabda yazılanlardan bəlli olur ki, 53,5 mlrd. dollar sərvətin sahibi olan Karlos Slim 200 mln. nəfər abunəçi ilə Latın Amerikasının ən böyük mob... | |
|
|
16.07.2010 |  | Çin mətbuatı Əfqanıstandakı “Taliban” qüvvələrinin ABŞ-a qarşı müharibəsində meymunlardan istifadə etdiyinə dair iddia irəli sürüb.
Lent.az-ın məlumatına görə, “The Peoples Daily in China” nəşrinin xəbərini dünyanın məşhur qəzetləri də çap edib.
İddia olunur ki, “Taliban” ABŞ hərbçilərinin məhv edilməsində təlim keçdikləri meymunlardan istifadə edir.
Hazırda müxtəlif saytlarda “Taliban”ın təlim keçdiy... | |
|
|
13.07.2010 |  | İsrailin Hayfa şəhər bələdiyyəsinin başçısı Yohan Yahav İsrailin təhlükəsizlik naziri Ehud Baraka rəsmi məktubunda “Mavi Mərmərə” gəmisindən otel kimi istifadə etməyi təklif edib. APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, Yahav bildirib ki, əgər İsrail gəmini müsadirə etmək qərarı çıxarsa onda Hayfa şəhərinin ətrafında bu gəmini otel qismində işlətməsi məqsədə uyğundur. “Fikrimcə, bü... | |
|
|
09.07.2010 |  | Anders Foq Rasmussen: “Türkiyənin Avropa Müdafiə Agentliyinə üzv olma istəyinə müsbət cavab verilsin”
NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa Birliyinin Türkiyəyə qarşı daha ədalətli davranmasının vacib olduğunu vurğulayıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Anders Foq Rasmussen Türkiyə ilə yalnız NATO-da deyil, Avropa Birliyində də bir ortaq kimi yaxın əlaqələrin önəmli olduğunu söyləyib. ... | |
|
|
08.07.2010 |  | Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TGRT televiziya kanalında ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfərini şərh edərkən bundan sonrakı dövrün bölgə üçün mühüm olacağını söyləmişdir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi həll olunarsa, Türkiyə-Ermənistan münasibətləri də normallaşar. Hazırda Ankara-Yerevan dialoqu durğunluq dövrünü yaş... | |
|
|
02.07.2010 |  | İndoneziyanın paytaxtı Cakartada “Obama, Mentenqanın oğlu” filminin premyerası keçirilib.
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, söhbət 1967-1971-ci illərdə anası və ögey atası ilə Cakartada yaşayan hazırkı ABŞ prezidenti Barak Obamadan gedir.
Film Barak Obamanın uşaqlığına həsr olunub. Rejissor Demien Dematra bu ailənin qonşuları və dostları ilə söhbətlər əsasında ssenari yazıb. Filmdə Barak Obama yeniyetmə oğlan uşağı... | |
|
|
26.06.2010 |  | “Qazprom” şirkəti borcunun qalan hissəsini ödəməsə, Rusiya qazının Belarus ərazisi ilə Avropaya tranziti bir sutkadan sonra dayandırılacaq.
“APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu bəyanatla Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin müşavirəsində çıxış edib.
Maraqlıdır ki, A.Lukaşenkonun ultimatumundan bir saat əvvəl Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov Moskva və Minsk arasındakı “qaz müharibəsi”nin rəsmən baş... | |
|
|
24.06.2010 |  | Almaniyanın türk dilində nəşr olunan “Deutsche Welle” qəzetinin yazdığına görə, bu ölkənin federal kansleri Angela Merkel Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasının Dağlıq Qarabağ probleminin həllindən asılı olduğunu söyləmişdir.
“Dağlıq Qarabağ problemi həll olunarsa, şübhəsiz Türkiyə-Ermənistan əlaqələri normallaşa bilər”, - deyən Angela Merkel ... | |
|
|
22.06.2010 |  | Polşada prezident seçkilərinin birinci turu keçirilib. Nəticələrə görə, birinci turda hakim “Vətəndaş Platforması” Partiyasından prezidentliyə namizəd Bronislav Komorovski 41 faiz səs toplayaraq, birinciliyi əldə edib. Onun rəqibi və Polşanın mərhum Prezidenti Lex Kaçinskinin qardaşı və müxalifət partiyasının təmsilçisi Yaroslav Kaçinski isə seçkilərdə 36 faiz səs toplayıb. Polşanın Seçki Məcəlləsinə əsasən isə seçkilərdə... | |
|
|
09.06.2010 |  | ABŞ-ın müdafiə naziri Robert Qeyts Azərbaycana səfərini çox yüksək qiymətləndirmişdir. Bu haqda Pentaqonun internet səhifəsində yerləşdirilən məlumatda bildirilir.
Qeytsin fikrincə, Bakıya səfər ABŞ ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratmışdır. Azərbaycanın liderləri ilə müzakirə olunan məsələlərin əksəriyyəti gələn ay ikitə... | |
|
|
03.06.2010 |  | “İsrail bölgədəki tək dostunu itirmək təhlükəsi ilə qarşı-qarşıyadır”
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında 1 saat davam edən telefon danışığı olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Nazirlər Kabineti məlumat yayıb.
Tərəflər Qəzzaya humanitar yük aparan gəmilərə İsrailin hücumunu müzakirə ... | |
|
|
26.05.2010 |  | Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılmasının 92-ci ildönümü münasibətilə ABŞ Konqresinin məşhur “Cannon Caucus” zalında təntənəli mərasim keçirilmişdir.
Ziyafətdə Amerika Birləşmiş Ştatları Konqresinin çoxsaylı üzvləri, Dövlət Departamenti, Müdafiə, Enerji və Ticarət nazirliklərinin və ABŞ-ın digər dövlət orqanlarının rəsmiləri, Vaşinqt... | |
|
|
25.05.2010 |  | İspaniyanın paytaxtı Madriddə torrado oyununda (öküz döyüşü) dəhşətli anlar yaşanıb.
Lent.az-ın “beyazgazete.com” saytına istinadən verdiyi məlumata görə, yarım tonluq buğa ilə mübarizə aparan 41 yaşlı Julio Aparicio əlindəki qırmızı parçanı digər əlinə keçirərkən müvazinətini itirib.
Matadorun bu səhvini qaçırmayan buğa 25 min tamaşaçının önündə buynuzunu onun çənəsindən soxaraq ağzı... | |
|
|
19.05.2010 |  | Mayın 18-də Avropanın ən populyar mahnı müsabiqəsi olan “Eurovision”un bir neçə yüz bileti satışa buraxılıb.
Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən məlumatına görə, bu şans Norveç paytaxtı Osloda, “Telenor Arena”da olmaq istəyən müsabiqə həvəskarları üçün yaradılıb.
Qeyd edək ki, bilet satışı daha erkən fevralda baş tutub və 20 dəqiqəyə satılıb. Hazırda biletlər “Billetservice” saytından satışa ... | |
|
|
18.05.2010 |  | Türkiyə ilə Azərbaycan arasında təbii qaz sahəsində razılaşma tamamlanmaq üzrədir.
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, bu sözləri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Türkiyənin Baş naziri Rıcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, təbii qazla bağlı sazişin Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı imzalanması nəzərdə tutulub: “Hörmə... | |
|
|
06.05.2010 |  | Moskvada Qələbə paradının ilk məşqi keçirilib. APA-nın məlumatına görə, məşqdə 11 mindən artıq hərbçi və 159 döyüş texnikası iştirak edib.
Şəhər sakinlərini narahat etməmək üçün məşqlərə aviasiya qüvvələri cəlb olunmayıb. APA-nın “Mirtv”yə istinadən yaydığı məlumata görə, paradda xarici ölkələrin Silahlı Qüvvələrinin hərbçiləri də iştirak ediblər. Azərb... | |
|
|
30.04.2010 |  | ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri Konqresin Təxsisatlar Komitəsinin dövlət, xarici əməliyyatlar və Müvafiq Proqramlar üzrə alt komitəsinin sədri xanım Nita Louiyə məktub ünvanlamışlar.
İşçi qrupunun həmsədrləri Bill Şuster, Solomon Ortiz, eləcə də fəal üzvləri Maykl MakMahon və Eddi Bernis Conson tərəfindən imzalanan məktubda qanunvericilər alt komitə... | |
|
|
27.04.2010 |  | Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdir ki, rəsmi Ankara Ermənistanla normallaşma prosesi və regional problemləri Azərbaycanla tam koordinasiya şəraitində aparır. Türkiyə işğal olunmuş Azərbaycan torpaqlarına öz məsələsi kimi baxır. Dünyada heç bir qüvvə iki qardaş ölkə arasında dostluğa zərər verə bilməz.
Əhməd Davudoğlu təəssüflə qeyd etmişdir ki, Türkiyənin normallaşma istiqamətindəki s... | |
|
|
22.04.2010 |  | Rusiya Prezidenti Dmitri Medvedev ukraynalı həmkarı Viktor Yanukoviçlə görüşmək üçün aprelin 21-də Xarkova gəlmişdir.
Ukrayna-Rusiya danışıqları zamanı tərəflər regionlararası əməkdaşlığın inkişafı, enerji sahəsində qarşılıqlı fəaliyyət, təyyarəqayırma, atom sənayesi sahələrində əməkdaşlıq, Böyük Vətən Müharibəsində Qələbənin 65 illik yubileyi ilə bağlı birgə tə... | |
|
|
20.04.2010 |  | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Kanal 24” televiziyasının “Açıq görüş” proqramında ABŞ-da keçirilmiş zirvə görüşü çərçivəsində Azərbaycanla bağlı apardığı danışıqlara aydınlıq gətirmişdir. O, Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə ermənilərin Dağlıq Qarabağ məsələsini normallaşma prosesindən kənarda tutmağı və Türkiyə-Ermənistan sərhədlərini... | |
|
|
16.04.2010 |  | Çinin şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 617 nəfərə çatıb.
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, daha 317 nəfər itkin düşmüş sayılır.
10 minə yaxın adam yaralanıb. Onlardan 970 nəfərinin vəziyyəti çox ağır və orta ağır kimi dəyərləndirilir.
Xatırladaq ki, zəlzələ aprelin 14-də Tibetlə həmsərhəd ola... | |
|
|
15.04.2010 |  | Rəsmi Ankara Barak Obamanın aprelin 24-də ABŞ-ın erməni icmasına edəcəyi ənənəvi illik müraciətdə “erməni soyqırımı” ifadəsini işlədəcəyini düşünmür. APA-nın məlumatına görə, Vaşinqtonda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, şəxsən Obamanın bu cür addım atacağını fikirləşmir: “Üçüncü ölkələrin Türkiyə ilə Ermənistan arasına girmə... | |
|
|
13.04.2010 |  | “Əl-Qaidə atom silahından istifadə edə bilər”. Bu sözləri ABŞ Prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, terror təşkilatı kimi tanınan “Əl-Qaidə” ilk fürsətdə atom silahından istifadə edəcək və ilk hədəfi də məhz ABŞ olacaqdır. Barak Obama bildirib ki, bu həftə Vaşinqtonda öz işinə başlayacaq və qırxa yaxın ölkənin dövlət və hökumət başçıla... | |
|
|
08.04.2010 |  | Qırğızıstanda yenidən sabitlik pozulmuşdur. Bişkekin mərkəzindəki Ala-Too meydanına minlərlə adam toplaşmışdır, aprelin 7-də səhərdən müxalifət qüvvələri bir neçə dəfə yaxınlıqdakı hökumət evini tutmağa cəhd göstərmişlər.
Daxili İşlər Nazirliyinin rəsmisi bildirmişdir ki, hüquq mühafizə orqanları nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifa... | |
|
|
07.04.2010 |  | Moskva metrosunun “Lubyanka” stansiyasında terror aktı həyata keçirən qız 5 il əvvəl universiteti əla qiymətlərlə bitirib.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Dağıstanın Untsukulsk rayonunun Balaxanı kəndində anadan olan 1982-ci il təvəllüdlü Mariya Şaripova Dağıstan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub.
O, təhsilini 2005-ci ildə başa vurub. ... | |
|
|
03.04.2010 |  | Moskva metrosunda partlayış törədən kamikaze qadınlardan birinin adı məlumdur. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, “Lubyanka” metro stansiyasında vaqonda özünü partladan 17 yaşlı qız dağıstanlı silahlıların lideri, 2009-cu ilin dekabrında öldürülən Umalat Məhəmmədovun dul xanımı Cənnət Abdurahmanova (Abdullayeva) olub.
Cənnət Umalatla 16 yaşında internetdə tanış olub. Sonra Umalat Məmmədov onu Dağıstana aparı... | |
|
|
02.04.2010 |  | ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama əkin-səpin işlərinə başlayıb. Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, yazın gəlişi ilə əlaqədar Mişel Obama məktəblilər, kənd təsərrüfatı və səhiyyə naziri ilə birgə Ağ Evin bostanında kələm, kök və digər tərəvəz əkib.
ABŞ prezidentinin xanımı məktəblilərə və nazirlərə təşəkkür edərək deyib... | |
|
|
01.04.2010 |  | Türkiyənin tanınmış müğənnisi, gözləri görməyən Mətin Şəntürk korlar arasında sürətli avtomobil idarə etməkdə dünya rekordunu təzələməyə və “Ginnesin Rekordlar Kitabı”na düşməyə hazırlaşır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni dünən Şanlıurfadakı aeroportda avtomobili saatda 270 kilometr sürətlə idarə edib.
Mətin Şəntürk bu zaman mə... | |
|
|
30.03.2010 |  | Çilinin cənubundakı Maule regionunda növbəti böyük zəlzələ olub. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, təkanların gücü Rixter cədvəli ilə 6,1 bala çatıb. Hələlik ölən və yaralananlar, eləcə də sunami təhlükəsi barədə məlumat verilmir. ... | |
|
|
19.03.2010 | Türkiyədə Çanaqqala dəniz zəfərinin 95-ci ildönümü qeyd edilir. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu münasibətlə Çanaqqala stadionunda martın 18-də təntənəli rəsmi tədbir keçirilib.
Tədbirdə çıxış edən Baş nazir Rəcəb Tayyib Ərdoğan Ermənistana növbəti mesaj göndərib. Baş nazir uydurma “erməni soyqırımı” iddialarına işarə vuraraq deyib: “1915-ci ildə və o... | |
|
|
17.03.2010 |  | Belarus Prezidenti Aleksandr Lukaşenko Venesuelada rəsmi səfərdədir.
Venesuela Beynəlxalq Hala limanında ölkənin vitse-prezidenti Elias Xaua tərəfindən rəsmi mərasimlə qarşılanan Lukaşenkoya, Karakasın fəxri vətəndaşı titulunu simvolizə edən açar hədiyyə edilib.
Əldə olunmuş razılaşmaya əsasən, Venesuela bundan sonra Belarusa neft ixracını həyata keçirəcəkdir.
Belarus Prezidenti bir sıra rəsmi şəxslərlə görüş keçi... | |
|
|
13.03.2010 |  | ABŞ Prezidenti Barak Obama ona verilən Nobel sülh mükafatının 1,4 milyon dollarlıq pul hissəsini humanitar təşkilatlara bağışlayır.
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, o, mükafatdan imtina edəcəyini hələ ötən il bəyan edib.
Obama bildirib ki, 250 min dolları “Fisher House” qeyri-kommersiya təşkilatı alacaq. Bu təşkilat müalicə alan müharibə veteranlarını hospitalların yaxınlığında yaşayış evləri il... | |
|
|
12.03.2010 |  | ABŞ Prezidenti Barak Obama hər gün Ağ Evə onun adına göndərilən 40 min məktubun yarısında axmaq yerinə qoyulmasından şikayətlənib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Barak Obama bunu Missuri ştatının Saint Louis şəhərində keçirilən bir toplantıda söyləyib.
ABŞ prezidenti bildirib ki, hər gün köməkçiləri ona şəxsən özünün oxuması üçün 40 min məktubdan 10-nu seçərək verirlə... | |
|
|
10.03.2010 |  | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfərindən əvvəl Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında bildirmişdir ki, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı ABŞ Konqresində olan qanun layihəsinə dair xüsusi bir “yol xəritəsi” yoxdur. Hər bir ölkə özünün gündəliyində olan məsələləri necə dəyərləndirirsə, biz də o cür dəyərləndiririk v... | |
|
|
06.03.2010 |  | Şimal Buzlu okeanının buzlaşmış tavanında dəliklər yaranıb və dənizin buzlaşmış tavasında sıxılmış vəziyyətdə olan təhlükəli miqdarda metan qazı atmosferə sızmağa başlayıb.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, dəliklər okean tavanının Şərqi Sibir Arktik şelfi adlanan bölgəsindədir.
İqlimşünaslar və geoloqlar bildirirlər ki, metan ehtiyatlarının çox cüzi qisminin belə... | |
|
|
05.03.2010 |  | Çin hökumətindən verilən məlumata əsasən, 2010-cu ildə ölkənin hərbi büdcəsinə 532,1 yuan (təxminən 78 milyard ABŞ dolları) pul vəsaiti ayrılmışdır.
Bu haqda danışan Ümumçin Xalq Birliyinin nümayəndəsi Li Çjaosi qeyd edib ki, sözügedən məbləğ 2009-cu illə müqayisədə 7,5 faiz çoxdur. Onun sözlərinə görə, bu vəsait Çin ordusunun modernləşdirilməsinə, əsgərlərin hərbi təliminin gücləndiri... | |
|
|
04.03.2010 |  | Ukrayna Ali Radası Baş nazir Yuliya Timoşenkonu istefaya göndərib. APA-nın “Ukrainskaya pravda”ya istinadən yaydığı məlumata görə, qərarın lehinə 243 millət vəkili səs verib. Regionlar Partiyasından 172, Kommunist Partiyasından 27, Litvinin blokundan 19, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokundan 15, “Yuliya Timoşenko” blokundan 7, həmçinin 3 müstəqil deputat Y. Timoşenkonun vəzifədən kənarlaşdırılmasını dəstəkləyib.... | |
|
|
03.03.2010 |  | Ermənistan iqtisadiyyatının çökməsi nəticəsində əhalinin həyat səviyyəsinin dözülməz həddə çatması, nəhayət, ölkə müxalifətinin prezident S.Sarkisyanı devirmək çağırışları işğalçı ölkəni bu gün məhz belə “yaşamağa” məhkum edib
Ermənistan rəhbərliyi ölkəni ağır vəziyyətdən çıxarmağın yeganə çarəsini ABŞ Konqresinin, daha sonra prezident Obamanın “erməni soyqı... | |
|
|
02.03.2010 |  | Avro vahid Avropa valyutası kimi tətbiq olunandan bəri ən ağır günlərini yaşayır.
“APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, bu bəyanatla Almaniya kansleri Angela Merkel çıxış edib.
A.Merkel bildirib ki, bunun səbəbi Yunanıstanın yüksək büdcə kəsiri və kredit qabiliyyətini itirməsidir.
“Məhz indi biz bu faktı başa düşməliyik ki, avro bizim ümumi valyutamızdır” - deyə kansler qeyd edib.
Xatırladaq ki, Avropa İttifaqı indiyə... | |
|
|
27.02.2010 |  | Ümumukrayna “Novaya sila” Partiyasının lideri, həkim və hüquqşünas, birinci çağırış Ali Radanın deputatı, Ukrayna prezidenti vəzifəsinə sabiq namizəd Yuri Zbitnev AzərTAc-a müsahibəsində bildirmişdir ki, iqtisadi böhran dövründə Azərbaycan rəhbərliyinin siyasəti Avropa ölkələrinin çoxu üçün nümunə sayıla bilər.
Y.Zbitnev demişdir: “Dövlətin nüfuzu haqqında fikirlər çoxdur. Bəziləri bunu mədəniyyətlə, digə... | |
|
|
26.02.2010 |  | Regionlar Partiyasının lideri Viktor Yanukoviç Ukrayna prezidenti olub. Lent.az-ın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, o, prezident andını içib və onun mətnini imzalayıb.
Andiçmədən öncə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Şapalov ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrini açıqlayıb. Yanukoviç əlini xristianların müqəddəs kitabı olan “Yevangeliya”ya qoyaraq and içib.
Bundan... | |
|
|
|