ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçıların nəzərinə çatdırır ki, 28 iyul 2010-cu il tarixədək təbii qazdan istifadəyə görə mövcud olan borclar tamamilə ödənilməlidir. Əks halda borclu abonentlərin mənzillərinə təbii qazın verilişi 28 iyul 2010-cu il saat 12.00-dan etibarən xəbərdarlıq edilmədən dayandırılacaq. Təbii qaz təchizatı dayandırılmış abonentlərin mənzillərinə yenidən “mavi yanacağ”ın verilişi ödəniş edildikdən bir həftə sonra bərpa ediləcək.