BAŞ SƏHİFƏ
  SİYASƏT
  GÜNDƏM
  RƏSMİ XRONİKA
  YAP
  ARDNŞ
  AKTUAL
  TƏFSİLAT
  TƏFƏRRÜAT
  MÜSAHİBƏ
  İQTİSADİYYAT
  SOSIAL
  DÜNYA
  MƏDƏNİYYƏT
  İDMAN
  XƏBƏRLƏR
FOTOXRONİKA
USD0.8041
RR0.0257
Funt sterl1.6371
UE1.1231
Bakı+22+33º C
Abşeron+21+31º C
Sumqayıt+21+31º C
Gəncə+22+33º C
Naxçıvan+18+32º C
Lənkərən+21+31º C
Quba+16+26º C
Şəki+17+27º C
Şuşa+11+18º C
Yeni internet səhifəmizi bəyədinizmi?
  · Bəli
  · Xeyir

(nəticələrə baxmaq)
 İQTİSADİYYAT    
Mətbuat orqanları dövlət qayğısı ilə əhatə olunmuşdur
23.07.2010

NAXÇIVANDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLMİŞDİR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrasının Naxçıvan Muxtar Respublikasında təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər həyata keçirilmişdir.

İyulun 22-də isə “Şərq qapısı” qəzeti redaksiyasının, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəənin açılış mərasimi keçirilmişdir.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra yeni binanın iclas zalında milli mətbuatımızın 135 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yubiley münasibətilə muxtar respublikanın bütün mətbuat işçilərini səmimi qəlbdən təbrik edərək demişdir: “Əkinçi”nin ictimai düşüncəyə gətirdiyi ən böyük yenilik, şübhəsiz ki, millət naminə fəaliyyət olmuşdur. Bu gün qətiyyətlə demək mümkündür ki, Azərbaycan jurnalistikası “Əkinçi” qəzeti sayəsində ictimai fikir institutuna çevrilə bilmiş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Münbit Azərbaycan ictimai mühitinə səpilən “Əkinçi” toxumu yeni pöhrələr vermiş, məhz bu hesaba milli ziyalılarımızın böyük bir nəsli yetişərək formalaşmışdır. Bu amili yüksək dəyərləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Əsası Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulmuş, şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli-azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir”.

Ali Məclisin sədri qeyd etmişdir ki, milli mətbuatımızın və jurnalistikamızın yolu hamar olmamış, xalqın oyanışını, milli ruhun və yaddaşın bərpasını qarşısına məqsəd qoyan əksər qəzet və jurnallarımız ağır senzura şərtləri altında nəşr olunmuş, qısa müddətdən sonra fəaliyyətləri dayandırılmışdır.

Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ulu öndərimiz kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, ölkəmizdə jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır.

Kütləvi informasiya vasitələrinin dövlət qayğısı ilə əhatə olunması ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Mətbuat orqanlarının əlavə dəyər vergisindən və keçmiş borclarından azad olunması, kütləvi informasiya vasitələrinin inkişafının stimullaşdırılması, mətbuat işçilərinin mükafatlandırılması dövlət orqanları ilə mətbuat arasında qarşılıqlı inam və etimad körpüsünün yaranmasına səbəb olmuşdur. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsi, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri, mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsi yaradılmış şəraitin, mətbuata dövlət qayğısının əyani ifadəsidir.

1993-cü ildən ötən dövrdə ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 36 qanun, fərman və sərəncam qəbul olunmuş, qanunçuluq bazasının təkmilləşdirilməsi mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə də imkan yaratmışdır.

Ali Məclisin sədri mətbuat orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsipinin Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hal-hazırda muxtar respublikanın kütləvi informasiya vasitələrində 400-ə yaxın işçi çalışır. Onların fəaliyyəti gündəlik həyatımızda hiss olunur. Aydın məsələdir ki, bu fəaliyyət kifayət qədər çətin və məsuliyyətli iş sahəsinə aiddir. Jurnalistika doğrunu, həqiqəti əks etdirmək, onu olduğu kimi başqasına, cəmiyyətin digər üzvlərinə çatdırmaq sənətidir. Bu yolda fərqlənənlərin əməyi layiqincə qiymətləndirilmiş, muxtar respublika jurnalistlərindən 2 nəfəri Prezidentin fərdi təqaüdünə layiq görülmüş, 7 nəfər müxtəlif orden və medallarla, 28 nəfər isə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.

Bildirilmişdir ki, milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli dəyərlərlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi vacib məsələlər bu gün də aktualdır. Bu mənada muxtar respublika mətbuatı bir daha “Əkinçi” qəzeti ilə başlanan ənənəyə qayıtmalı, daha çox informasiya-maarifçilik işi görməlidir.

Mətbuat orqanları, jurnalistlər keçmiş tarixlə yanaşı, bu gün gedən proseslərə də diqqəti artırmalı və müasir dövrün tarixini yaratmalıdırlar.

Ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycan mətbuatının qarşısında duran vəzifələrdən danışaraq demişdir: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında... mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir”.

İnanırıq ki, mətbuat orqanlarımız ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səylərini bir daha artıracaq, informasiya cəmiyyətinin formalaşmasına öz töhfələrini verəcəklər.

Sonra “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin iş otaqlarına, xidmət sahələrinə və mətbəəyə baxış olmuşdur.

Yeni mətbəənin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, burada ən müasir avadanlıq yerləşdirilmişdir.

Ali Məclisin sədri idarəetmə düyməsini basaraq mətbəəni işə salmış, texnoloji prosesləri izləmişdir. “Şərq qapısı” qəzetinin ilk rəngli nüsxəsi çap olunmuşdur.

    İQTİSADİYYAT bölməsinin digər yazıları

  - ARDNŞ-nin ekoloji layihələrini dünya ölkələri və beynəlxalq qurumlar yüksək qiymətləndirir

  - MSK ixtisaslaşdırılmış kursları davam etdirir

  - “AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞI QAYDALARI”

  - Maliyyəsi qaranlıq partiyanın şəffaf fəaliyyətdən danışması absurddur

  - Daxili işlər nazirinin müavini Oruc Zalov: Namizədin hansı partiyadan olmasının polis üçün fərqi olmayacaq

  - Radikallar arasında soyuq müharibə güclənib

  - Dubl-bomluq müxalifət

  - Dəniz özüllərində irihəcmli layihələr həyata keçirilir

  - NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ MÜŞAVİRƏ KEÇİRİLİB

  - Tullantıların İdarə Edilməsi Mərkəzinin texniki iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə görüş keçirilmişdir

  - ARDNŞ-də Rusiya Gənclərinin İctimai Palatasının üzvləri ilə görüş keçirilmişdir

  - ARDNŞ təqaüdçüsü olmuş məzunlar Şirkətdə işlə təmin olundular

  - Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmişdir

  - Elmar Məmmədyarov: Laçın və Kəlbəcərin 5 il ərzində qaytarılmasına razılıq vermişik

  - “AZƏRBAYCAN MİLLİ MƏTBUATI-135: TARİXİ NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR”

  - Bahar Muradova: Azərbaycan tərəfi sülh müqaviləsinin hazırlanması mərhələsinə keçilməsinin tərəfdarıdır

  - “SƏS” QƏZETİNDƏ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR MİLLİ MƏTBUATIN 135-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ

  - ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda əsaslı təmir işlərinə başlanılmışdır

  - MARQARİTA KOSTA: AZƏRBAYCANI ÇOX SEVİRƏM, ÇÜNKİ BURADA ÇOXSAYLI DOSTLARIM VAR

  - ARDNŞ-in Ekologiya İdarəsi tərəfindən Bakı buxtasında ekoloji monitorinq aparılmışdır

  - Yeni quyular neft hasilatının artırılmasına önəmli töhfə olacaq

  - İqtisadi fəal əhalinin sayı artıb

  - ÇİN MÜNAQİŞƏNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ ÜSTÜNLÜK VERİR

  - Neft-qaz layihələri ölkələrarası əməkdaşlıqda körpüdür

  - YAP müstəqil namizədlərini dəstəkləməyəcək

  - AVSTRİYA ÜÇÜN CƏNUBİ QAFQAZDA ƏN MARAQLI ÖLKƏ AZƏRBAYCANDIR

  - İqtisadiyyatın qüdrətlənməsi sosial müdafiənin təminatında başlıca amildir

  - Müasir texnologiyaların istehsalatda tətbiqi genişlənir

  - “Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində”

  - AZƏRBAYCAN IV DÜNYA NEFTAYIRMA SAMMİTİNDƏ TƏMSİL OLUNMUŞDUR

  - “40 mərasimi”ndə silahlı insident

  - Veteran kimyaçıların təcrübəsi öyrənilir

  - “Fatimeyi-Zəhra” məscidi adlanan yarımçıq tikili Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilib

  - MTN-in Heydər Əliyev adına Akademiyasında faşizm üzərində qələbənin 65 illiyi qeyd olunub

  - Batan gəminin qaçan siçovulları

  - AMEA-nın MƏRKƏZİ ELMİ KİTABXANASINDA QƏLƏBƏNİN 65 İLLİYİNƏ HƏSR OLUNAN SƏRGİ AÇILMIŞDIR

  - Tədbirlər planı müvəffəqiyyətlə həyata keçirilir

  - Con Makkeyn: “Erməni soyqırımı” problemini arxivə göndərmək lazımdır

  - Ermənistan hakimiyyətinin maliyyə fırıldaqları

  - Bakıda hökumət-KİV münasibətlərinə həsr olunmuş seminar keçirilir

  - ARDNŞ qlobal layihələr həyata keçirir

  - Korrupsiya Ermənistanın rəmzinə çevrilib

  - Abadlıq işləri sürətləndirilir

  - Məleykə Abbaszadə: Mən bilmirəm, onlar hansı yola balalayıb

  - Ermənistanı iqtisadi fəlakət gözləyir

  - Məhkəmə “Gündəlik Bakı” qəzetinin Azərbaycan Mətbuat Şurasına qarşı iddiasını rədd edibMəhkəmə “Gündəlik Bakı” qəzetinin Azərbaycan M&#

  - Əlişir Usmanov: Bu böyük torpaqda olmağım mənə hədsiz zövq verir

  - TERROR: məkan ayrı olsa da, bəla birdir...

  - Böyük Britaniyanın deputatları Xocalı soyqırımının parlamentdə tanınması təşəbbüsü ilə çıxış etmişlər

  - NAXÇIVAN DÖVLƏT XALÇA MUZEYİNİN BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

  - Türkiyədəki ermənilər: Türkiyədə ayda 600 dollar qazanırıq, Ermənistanda isə 60 dollar qazana bilmərik

  - Adolf Hitler fiziki məhvetmənin ABŞ variantını tez-tez tərifləyərmiş

  - AZƏRBAYCAN ÖZ İNKİŞAF SÜRƏTİ İLƏ TEZLİKLƏ AVROPANI HEYRƏTLƏNDİRƏCƏK

  - Rövnəq Abdullayev: UEFA AFFA-nın fəaliyyətindən razıdır

  - “Çıraq” layihəsi Azərbaycanın neft-qaz potensialını artıracaq

  - “Günəşli” yatağında geniş həcmli işlər yerinə yetirilir

  - Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır

  - AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ADMİNİSTRASİYASI ABŞ KONQRESİNİN QƏRARINI PİSLƏMİŞDİR

  - Azərbaycan Mətbuat Şurası qrupunun ilk iclası keçirilib

  - DÖVLƏT KOMİSSİYASI ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI TÖRƏTDİYİ MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏTLƏRİ DÜNYAYA YAYIR

  - Neft emalında yüksək iqtisadi göstəricilər əldə olunub

  - Enerji daşıyıcılarının ətrafında tikinti aparılması yolverilməzdir

  - NAXÇIVANLILAR XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ ANMIŞLAR

  - JOLT ŞOMLOİ: AZƏRBAYCANDAN ÇOX ŞEY ÖYRƏNƏ BİLƏRİK

  - Enerji qurğularının mühafizəsi gücləndirilməlidir



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yashayacaqdir



İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


HEYDƏR ƏLİYEV FONDU


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti




Yeni Azərbaycan Partiyası
Azərbaycan Mətbuatı