BAŞ SƏHİFƏ
  SİYASƏT
  GÜNDƏM
  RƏSMİ XRONİKA
  YAP
  ARDNŞ
  AKTUAL
  TƏFSİLAT
  TƏFƏRRÜAT
  MÜSAHİBƏ
  İQTİSADİYYAT
  SOSIAL
  DÜNYA
  MƏDƏNİYYƏT
  İDMAN
  XƏBƏRLƏR
FOTOXRONİKA
USD0.8041
RR0.0257
Funt sterl1.6371
UE1.1231
Bakı+22+33º C
Abşeron+21+31º C
Sumqayıt+21+31º C
Gəncə+22+33º C
Naxçıvan+18+32º C
Lənkərən+21+31º C
Quba+16+26º C
Şəki+17+27º C
Şuşa+11+18º C
Yeni internet səhifəmizi bəyədinizmi?
  · Bəli
  · Xeyir

(nəticələrə baxmaq)
 MÜSAHİBƏ    
Aleksandros Piterson: ABŞ AZƏRBAYCAN İLƏ STRATEJİ TƏRƏFDAŞLIĞINI GÜCLƏNDİRMƏLİDİR
23.07.2010

Xəbər verdiyimiz kimi, ABŞ Senatının xarici münasibətlər komitəsi Ağ Ev tərəfindən Azərbaycana səfir kimi təqdim olunan diplomat Mətyu Brayzənin namizədliyini nəzərdən keçirəcəkdir. Prezident Barak Obama tərəfindən Azərbaycana səfir təyinatını hələ bu ilin mayında alan ABŞ dövlət katibinin müşavirinə yeni vəzifəsinin icrasına başlamaq üçün indi yalnız Senatın təsdiqi lazımdır.

Vaşinqtonun Cənubi Qafqaz üzrə ekspertləri ABŞ-ın Bakıda səfiri postunun bir ilə yaxın müddətə vakant qalmasını ABŞ-Azərbaycan münasibətlərinin soyumasına şərait yaradan amil kimi dəfələrlə vurğulamışlar. Şübhəsiz, indiki məqamda iki strateji tərəfdaş arasında münasibətlərin gərginləşməsi Amerikanın erməni icmasının ümdə arzularından biridir. Nəhayət, Vaşinqtonun Azərbaycana yeni səfir təyin etməsi qərarından məyus olan ABŞ-dakı erməni icmaları Mətyu Brayzənin namizədliyi Ağ Ev tərəfindən elan olunan gündən diplomata qarşı hücum kampaniyasına başlamışlar.

Artıq xeyli vaxtdır Mətyu Brayzəni gözdən salan dəlillər axtarışında olan ermənilərin ehtiyatlandıqları budur ki, Cənubi Qafqaz üzrə ekspert hesab edilən bu diplomat vəzifəsinə başlayandan sonra ABŞ-ın bölgədəki milli maraqlarının möhkəmlənməsi istiqamətində səylərini artıracaqdır. Bu isə vətəndaşı olduqları ölkənin deyil, yalnız özlərinin məhdud millətçi ideoloji maraqlarını güdən ABŞ ermənilərinə qətiyyən sərf etmir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın erməni icma təşkilatları Senatın xarici münasibətlər komitəsinin tərkibində olan ermənipərəst üzvlərin köməyi ilə Ağ Evin Yerevana səfir göndərmək istədiyi diplomat Riçard Hoqlandın namizədliyini rədd etməyə müvəffəq olmuşdular. Keçmiş SSRİ məkanı üzrə mütəxəssis sayılan R.Hoqlandın ermənilər qarşısında “günahı” onun Birləşmiş Ştatların rəsmi siyasətinə istinad edərək 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri “soyqırımı” kimi tanımaq istəməməsi idi. Müşahidəçilər iyulun 22-dəki dinləmələrdə Mətyu Brayzəyə də “sifarişli” sualların olacağını ehtimal edirlər.

Amerikada yaşayan Azərbaycan mənşəli seçiciləri birləşdirən ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvləri isə öz növbəsində dinləmələr ərəfəsində Senatın üzvlərinə müraciət edərək bölgə üzrə mütəxəssis, Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında uğurlu karyera quran savadlı diplomat Mətyu Brayzəni Azərbaycana səfir kimi təsdiq etməyə çağırmışdılar. Şəbəkənin yaydığı bəyanatda bildirilir ki, ABŞ-Azərbaycan strateji münasibətləri fəal səfir olmadan inkişaf edə bilməz.

AzərTAc-ın xüsusi müxbiri Vaşinqtondakı Atlantik Şurada Avrasiya Mərkəzinin baş tədqiqatçısı Aleksandros Piterson ilə ABŞ-ın Cənubi Qafqaz bölgəsindəki siyasətində izlənilən meyillər barədə fikir mübadiləsi aparmışdır.

-Cənab Piterson, siz dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ərəfəsində Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən müzakirələrdə çıxış edərkən bildirmişdiniz ki, Birləşmiş Ştatların Cənubi Qafqaz və Xəzər bölgəsindəki mövqeyi “soyuq müharibə” erası başa çatandan bəri ən zəif nöqtəyə çatmışdır. Bu, hansı siyasətin aparılması və yaxud yoxluğu nəticəsində baş vermişdir?

- Fikrimcə, ABŞ-ın bölgədəki mövqeyinin zəifləməsi siyasi strategiyanın kifayət qədər yaxşı formalaşmamasının və siyasi laqeydliyin məntiqi nəticəsidir. 2008-ci ilin avqustundan bəri ABŞ Gürcüstanın yalnız hakimiyyət dairələrinə deyil, həm də gürcü xalqına minimal dəstək vermişdir. Gürcüstan ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalansa da, bu istiqamətdə götürülmüş öhdəliklərin yerinə yetirilməsi vəziyyəti izlənilmir. Ermənistan-Türkiyə yaxınlaşması prosesi zamanı Azərbaycan ilə münasibətlərdə də olduqca böyük səhvlərə yol verilmişdir. Nəticədə yarımçıq qalan bu proses Vaşinqtonun Yerevan ilə də münasibətlərinə mənfi təsir göstərmişdir. Bütün bunların fonunda ABŞ Qara və Xəzər dənizləri bölgəsini hərtərəfli qiymətləndirə bilməyərək, bu əraziyə yalnız Əfqanıstana təchizat yüklərinin daşınması və potensial enerji mənbəyi kimi baxmışdır.

Azərbaycan ilə Türkiyə arasında təbii qazın tranziti ilə bağlı razılaşma istisna olmaqla ABŞ-ın bu bölgədə enerji sahəsində də heç bir qələbəsi olmamışdır. Bundan əlavə, ABŞ-ın siyasi dairələri Türkmənistanın Rusiya ilə münasibətlərinin zəifləməsi məqamından Mərkəzi Asiyanın bu ölkəsi ilə enerji sahəsində əlaqələri irəlilətmək üçün istifadə edə bilməmişdir.

- Sizcə, xanım Hillari Klintonun Cənubi Qafqazın hər 3 ölkəsinə səfəri ABŞ maraqları üçün nə edə bildi?

-Həm müdafiə naziri Robert Qeyts, həm də dövlət katibi Hillari Klintonun bölgə ölkələrinə səfərləri mənim qeyd etdiyim ziyanı bərpa etməyə başlamışdır. Klintonun Azərbaycan, Ermənistan və Gürcüstana səfərlərini “inandırma turu” adlandıranlar bunu çox dəqiq qiymətləndirmişlər. ABŞ-ın bölgəyə dair siyasəti Ermənistan-Türkiyə yaxınlaşması prosesinin iflasa uğramasından sonra keçid mərhələsindədir. Xanım Klinton ABŞ-ın bölgəyə dair yeni siyasətini və ya strategiyasını təqdim etməsə də, onun bu səfəri düzgün istiqamətdə birinci addım kimi qiymətləndirilməlidir.

-ABŞ-ın Stratfor Mərkəzi Qafqaza dair son təhlilində göstərmişdir ki, Birləşmiş Ştatların Dağlıq Qarabağı kimin idarə edəcəyində maraqsız olmasını nəzərə alaraq, masa üzərində Azərbaycanın mövqeyini müdafiə edən BMT qətnamələri ola-ola ABŞ-ın neytral qalmasını başa düşmək çətindir. Siz necə düşünürsünüz, Azərbaycanın ABŞ üçün açıq-aydın strateji əhəmiyyətinin artdığı indiki məqamda nəyə görə Amerika hələ də neytral mövqe tutur?

-ABŞ Minsk qrupundakı həmsədr roluna ciddi yanaşır. Ona görə də münaqişədə tərəf tuta bilməz. Digər həmsədr Rusiya isə qeyri-rəsmi olsa da Ermənistanı dəstəkləyərək qərəzli mövqedən çıxış edir. Hesab edirəm ki, ABŞ qeyri-rəsmi şəkildə Azərbaycanı dəstəkləməyə başlasa belə, bu, uğurlu nəticə verməyəcək və ya münaqişənin tezliklə həllinə gətirib çıxarmayacaqdır. Təbii ki, bu amilə ABŞ-ın daxili siyasətinin xarici siyasətlə üst-üstə düşməməsinin də təsiri vardır. Mən erməni diaspor qruplarının ABŞ Konqresi və digər dövlət qurumlarında nüfuzunu nəzərdə tuturam. Bununla yanaşı, Konqresin Ermənistana və tanınmayan Dağlıq Qarabağ qurumuna dəstəyi ABŞ-ın rəsmi xarici siyasəti kimi qəbul olunmamalıdır. ABŞ Azərbaycan ilə bir çox sahələrdə strateji tərəfdaşlığını gücləndirməlidir. Lakin bu, onun ATƏT-in Minsk qrupundakı rolunu dəyişdirə bilməz. ABŞ yalnız həmsədr ölkə kimi münaqişənin həlli üçün daha çox səy göstərə bilər.

- Cənab Piterson, boşluqların biri kimi enerji sahəsini də göstərirsiniz. Dövlət katibinin səfəri zamanı Xəzər hövzəsinin enerji ehtiyatları ilə bağlı məsələlər kifayət qədər müzakirə olundumu?

-Xeyr. Enerji məsələlərinə istənilən qədər diqqət ayrılmadı. Bunun bir səbəbi də ABŞ Dövlət Departamentinin Xəzər hövzəsi üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın bölgəyə mütəmadi səfərlər edərək enerji məsələlərini müzakirə etməsi ilə bağlıdır. Bununla belə, ümid edirəm ki, Hillari Klintonun səfəri nəticəsində gündəmə gələn Xəzər hövzəsində Cənub enerji dəhlizinə daxil olan Nabukko, Transadriatik və Transxəzər kəmərləri layihələrinin reallaşması ilə bağlı işlər də sürətlənəcəkdir.

Şəfəq Akifqızı,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

    MÜSAHİBƏ bölməsinin digər yazıları

  - Əli Əhmədov: Deputatlığa namizədlərin siyahısı açıqlanana qədər üzərində iş aparacağıq

  - Miqrasiya sahəsində idarəetmə sistemi müasir tələblər səviyyəsində qurulmuşdur

  - Natiq Məmmədov: Namizədlərə təşviqat aparmaq üçün mümkün yerlərin hamısı ayrılıb

  - Siyavuş Novruzov: Dünyanın heç bir yerində ödənişsiz əsasda seçki kampaniyasının aparılması mexanizmi yoxdur

  - “Rusiya Ermənistanda silah bazası yerləşdirməklə kvotanı pozur”

  - Ankaranın “səssiz diplomatiyası?!”

  - Hulusi Kılıç: Türkiyə müstəqilliyini elan edəndən indiyədək qardaş Azərbaycanın yanında olub və olmağa da davam edəcək

  - Azərbaycan rabitə və İKT sahəsinin inkişafı üzrə regionda lider dövlətdir

  - “Medianın parlament seçkisində iştirakı onun diffamasiya mühitinə nə dərəcədə hazır olduğunu isbatlayacaq”

  - CAVAD HEYƏT: “AZƏRBAYCANIN, BAKININ BUGÜNKÜ İNKİŞAFINI GÖRMƏK MƏNƏ HƏYATIN BÜTÜN NEMƏTLƏRİNDƏN ŞİRİNDİR”

  - “Deputatlığa namizədlərin siyahısı demək olar ki hazırdır”

  - Milli Məclis ötən dövrdə dövlətimizin inkişafı istiqamətində önəmli qanunlar qəbul edib

  - Söz və mətbuat azadlığının inkişafına daim əməli kömək göstərilir

  - Vüqar Səfərli: Ötən bir il ərzində çox iş görsək də, qarşımızda hələ çox vəzifələr durur

  - Hazırda 135 yaşını qeyd edən milli mətbuatımız böyük inkişaf yolu keçib

  - Əflatun Amaşov: Namizədlərin siyahısını Prezident Administrasiyasına təqdim etmişik

  - Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı nadir ölkələrdəndir

  - “Ekol” yeni layihələrin icrasını uğurla davam etdirir

  - Həmkarlar ittifaqları bütün qüvvəsini işçilərin sosial müdafiəsi, sağlamlığının qorunması və istirahətinin təşkili məsələlərinin h

  - AŞ PA-nın yay sessiyasında qəbul olunmuş sənəd həqiqəti daha çox əks etdirir

  - Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır

  - Azərbaycanın NATO-dakı nümayəndəsi: Azərbaycan NATO ilə dinamik münasibətlərə malikdir

  - İlham Əliyev təbii fəlakət zamanı da sübut etdi ki, hər bir azərbaycanlının prezidentidir

  - Mirmahmud Mirəlioğlu: KXCP ilə AXCP-nin nə vaxtsa bir səngərdə olması mümkün deyil

  - Azərbaycanda elm və təhsil dövlətin qayğısı ilə əhatə olunub

  - İlham Əliyev: Azərbaycan bütün zamanlarda, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini heç vaxt gizlətməmişdir

  - ARDNŞ genişmiqyaslı ekoloji layihələr həyata keçirir

  - Əli Əhmədov: AZƏRBAYCANDAKI SEÇKİ ÖNCƏSİ MÜHİT KİFAYƏT QƏDƏR DEMOKRATİKLİYİ İLƏ SƏCİYYƏLƏNİR

  - Mübariz Qurbanlı: Separatçıların Dağlıq Qarabağda keçirmək istədiyi istənilən “seçki” qanuna ziddir və danışıqlar prosesinə zərbə vurur

  - Əli Əhmədov: Yeni Azərbaycan Partiyası beynəlxalq sahədə geniş fəaliyyət göstərir

  - Bəxtiyar Sadıqov: İmkanlı və səlahiyyətli insanlar “reket qəzetləri” maliyyələşdirir, lazım gələndə açıq, yaxud gizli formada dəstəkləyirlər

  - Əhəd Qəzai: AZƏRBAYCANIN SÜRƏTLİ İNKİŞAFI TARİXİ ƏHƏMİYYƏT DAŞIYIR

  - Novruz Məmmədov: ABŞ bəzən öz formalaşdırdığı norma və prinsiplərdə ikili yanaşma nümayiş etdirir

  - ABŞ-ın ikili standartlar siyasəti

  - Habil Əliyev: Gözümü qaldırıb qadınlara baxdım, biri xoşuma gəldi

  - Səməd Seyidov: Yeni məruzəçinin təyinatı Avropa Şurasının işidir

  - Yaşıllaşdırma işləri şəhərimizin ekologiyasına əhəmiyyətli təsir göstərəcək

  - Braziliya ərazi bütövlüyünü çox qiymətləndirir

  - Ətraf mühitin qorunması hər bir vətəndaşın birinci dərəcəli vəzifəsidir

  - Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutmaqdır

  - “Azərbaycanın müasir və modern ordusu, müdrik və uzaqgörən Ali Baş Komandanı var”

  - ABŞ Konqresmenlərinin tarixi təftiş etmək cəhdləri yolverilməzdir

  - MASARU SAVANİŞİ-İMAY: AZƏRBAYCAN KİMİ SÜRƏTLƏ İNKİŞAF EDƏN İKİNCİ BİR ÖLKƏ TANIMIRAM

  - Qoran Lenmarker: Mən Dağlıq Qarabağ münaqişəsinin bu il nizamlanacağının mümkünlüyü ilə bağlı nikbin əhval-ruhiyyədəyəm

  - ATƏT PA-nın prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həllində son addımı atmaq üçün siyasi iradəyə ehtiyac var

  - Jan Perren: Prezident İlham Əliyevin sayəsində Azərbaycan müasir bir dövlətə çevrilmişdir

  - Küveyt səfiri: Öz yurdlarını tərk etmək məcburiyyətində qalan insanların hansı hisslər keçirdiyini yaxşı anlayıram

  - Hulusi Kılıc: Münasibətlərin normallaşması prosesinin ləngiməsinin səbəbi Ermənistandır

  - ABŞ Konqresində uydurma “erməni soyqırımı” haqqında qətnamənin qəbul olunması birbaşa Türkiyə-ABŞ münasibətlərinə böyük zərbə olacaq

  - Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə fəallığı daha da güclənməkdədir



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yashayacaqdir



İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


HEYDƏR ƏLİYEV FONDU


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti




Yeni Azərbaycan Partiyası
Azərbaycan Mətbuatı