BƏŞƏRİ DƏYƏRLƏR XƏZİNƏSİNƏ HEYDƏR ƏLİYEVİN TÖHFƏSİ

  • Çərşənbə axşamı, Apr 30 2013

Güclü dövlət bizim ümummilli fikrimizdir,  ümummilli ideyamızdır.

İlham Əliyev


 

shahlar-esgerovMetafizik anlamda bəşər tarixi iki nəfərindən (Adam və Havva) bu gün yaşayan 7 milyard insanı əhatə edir. Ancaq bu insanların çox az hissəsi bu gün də öz düşüncələri ilə yaşayır. Bu fikirləri dahi ABŞ fiziki Benjamin Franklin belə ifadə etmişdir: “ölüb getdikdən sonra unudulmaq istəmirsənsə ya oxumağa dəyərli şeylər yaz, ya da yazmağa dəyərli şeylər et”.B. Franklinin arzuları Heydər Əliyevin timsalında tam ödənilir. 90 illik yubleyi qarşısında böyük öndərin müstəqil Azərbaycanın dövlət qurucululuğu dövründə nələr dediyinin və etdiyinin bir qisminə nəzər salaq.

Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar Strasburqda (yanvar,2001)təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev gənc dövlətimizin bəşəri və Avropa dəyərlərinə münasibətini belə ifadə etmişdi:

“1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Azərbaycan yalnız son 10 ildə deyil, tarixin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşən Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qitə və iki sivilizasiya arasında körpüyə çevrilmişdir. Azərbaycan xalqı öz Şərq köklərindən ayrılmayaraq, Qərb sivilizasiyasının sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbin mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır. Məhz Avropa ilə sıx və məqsədyönlü təmasının nəticəsidir ki, XIX əsrin ortalarından başlayaraq müsəlman Şərqində ilk qəzeti, ilk Avropa tipli məktəbləri, ilk teatrı, ilk yenilikçi ədəbiyyatı və ictimai fikri, nəhayət, demokratik respublika tipli ilk dünyəvi dövləti 1918-ci ildə Azərbaycan xalqı yaratmışdır...

1991-ci ildə dövlət müstəqilliyi qazanan Azərbaycan birmənalı şəkildə Avropaya, onun humanist və demokratik dəyərlərinə inteqrasiya yolu tutdu. Tarixən çox qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq, çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəalarının üçdən biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş yeni Konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm hökmünü aradan qaldırdıq, yeni qanunverici sistem yaratdıq, prezident, parlament və bələdiyyə seçkiləri keçirdik”.

Bu çıxışdan əxz edəcəyimiz nəticə bundan ibarətdir ki, Azərbaycan Şərq köklərindən ayrılmadan gələcəyə bəşəri dəyərlərlə gedəcəkdir. Qərb dəyərlərinin tətbiqinin Azərbaycana verdiyi töhfəni, AŞPA-nın sessiyasında Heydər Əliyev belə qiymətləndirmişdi:

“Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, suveren hüququndan istifadə edərək 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etmişdir. Bu sənəd demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş və onun inkişafının yollarını müəyyən etmişdir...

Genişmiqyaslı islahatlar sayəsində iqtisadiyyatda tənəzzül aradan qaldırılmışdır. Azərbaycanın iqtisadi strategiyası iqtisadi fəaliyyətin liberallaşmasına, inhisarçılığa son qoyulmasına və özəl sektorun inkişafına əsaslanır. Azərbaycanda özəlləşdirmə prosesi gedir, torpaq islahatı aparılır”.

Heydər Əliyevin liberal-demokratik ideyaları

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda, artıq Azərbaycan sosialist dəyərlər sisteminə “yox” deyilmişdir. Yeni dəyərlər sistemi lazım idi. Bu dəyərlər sistemi bəşəri dəyərlər sistemi olmalı idi. Bildiyimizdən imtina etmişdik. Bilmədiyimizə tərəf gedirdik.  Yaspersə görə “Tarix - inam ulduzu altında insanların azadlığa gedən yoludur” - deyiblər. Bu yolda ölkəyə Heydər Əliyev rəhbərlik edirdi.

Filosof Bernin bir fikrində deyir ki, bir dəyərlər sistemindən digər dəyərlər sisteminə keçmək üçün üç nəsil dəyişməlidir. Deməli, yol uzundur. Bu dövr keçid dövrü adlanır. Keçid dövrü dövlət quruculuğunun başlandığı və qurtardığı müddətdir. Keçid dövründə ideya mənbəyi prezidentdir. A.Şopenhauerin fikrincə: “Hökmdarlar yetişmir, onlar anadan hökmdar doğulurlar”. Heydər Əliyevin keçid dövrünün müddətini qısalda biləcəyinə heç kəs şübhə etmirdi. O, yeni dövləti qurmaq üçün  istifadə edəcəyi prinsipləri belə bəyan etmişdi:

“Respublikamızda hüquqi dövlət quruculuğu, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığı, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir”.

Ulu öndər dövlət quruculuğu zamanı milli və bəşəri dəyərlərin vəhdətindən, tarixi ənənələrdən istifadə ediləcəyi haqda əhaliyə vaxtaşırı məlumat verirdi: “Dövlət qurulduqca nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir”.

Heydər Əliyev əhaliyə müraciət edir, gələcəyə baxmağı tövsiyə edir və hər bir kəsi dövlət quruculuğunda öz töhfəsini verməyə çağırırdı:”Siz gələcək övladlarınızı, nəvələrinizi də düşünməlisiniz ki, onlar necə yaşayacaqlar. Əgər biz bu dövləti, demokratik, hüquqi dövləti, bazar iqtisadiyyatı yolu ilə gedən dövləti qursaq - və bunu qurmalıyıq - Azərbaycanın iqtisadi potensialı o qədər böyükdür ki, onu beləliklə, hərəkətə gətirib Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcəyik və ölkəmizin hər bir vətəndaşına normal, firavan həyat sürməyi təmin edə biləcəyik. Bu, bizim hamımızın vəzifəsidir. Təkcə Prezidentin yox, hər bir vəzifəli şəxsin vəzifəsidir, hər bir vətəndaşın vəzifəsidir. Çünki bu ölkə bizimkidir, bu xalq, bu dövlət bizimkidir”. Yeri gəlmişkən qeyd edim ki, bu fikirlər Açıq Cəmiyyət ideyasının müəlliflərindən olan Karl Popperin fikirləri ilə tam həmahəngdir.

Böyük öndər geniş mənada liberal-demokratik dəyərlər sistemi və maarifçilik ideyalarını, lokal mənada dövlətçilik, siyasət, ideologiya, iqtisadiyyat, mənəviyyat haqqında istiqamətverici fikirlərini müxtəlif görüşlərdə, müşavirələrdə söyləyirdi. Bu fikirlərin geniş əhali kütləsinə, xalqa çatdırılması üçün KİV və TV kanallarının potensialından maksimum istifadə edirdi. TV kanalları vasitəsilə əhalini maarifləndirən bu fikirlər, şübhəsiz onun siyasi və ümumi mədəni səviyyəsinin kifayət qədər yüksəlməsinə səbəb olur və bu səbəbdən də belə verilişlər açıq universitet təsiri bağışlayırdı.

Liberal-demokratik dəyərlər sisteminin əsas müddəalarına Bakıya qayıdışdan öncəki dövrlərdə yazılmış sənədlərdə rast gəlirik. 1992-ci ilin 24 oktyabrında böyük öndər ölkənin tanınmış 91 ziyalısına yazdığı cavabda liberal cəmiyyət üçün zəruri olan müddəalardan geniş istifadə etmişdir. Həmin cavabdan bir neçə fikrə diqqət yetirək:

*  Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin;

* Əgər hər hansıölkənin xalqlarıöz hüquqlarını anlayar və qoruya bilərsə, o zaman ən kiçik dövlət beləən böyük məmləkət qədər güclü olar;

*  Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadəyə yol verilməməlidir;

*  Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır.

* Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığışəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir;

*  Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasiəqidəsindən asılı olmayaraq, bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. 

1992-ci ildə Yeni Azərbaycan Partiyasının Nizamnaməsində partiyanın məqsəd və vəzifələrinə aid maddələrdə liberal-demokratikideyalar genişistifadə edilmişdir.

Yeni Azərbaycan Partiyasının nizamnamə və proqramının yenidən Heydər Əliyev tərəfindən yazılması 91-lərə və partiyanın “qızıl fond”una bəllidir. YAP-ın nizamnaməsində öz əksini tapmış liberal-demokratik ideyalar sonralar Azərbaycan Respublikasının ümumxalq səsverməsiilə qəbul olunmuş Konstitusiyasında (1995) genişistifadə edilmişdir.

Heydər Əliyev “ Gkonomiçeskaə qazeta”nın müxbiri Nikolay Trasenko ilə 4 mart 2000-ci ildə etdiyi söhbətdə deyir:”Bilirsiniz ki, zənnimcə, bizim hamımızın,- mən Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyi qazanmış ölkələri nəzərdə tururam,- eyni problemlərimiz, eyni bir yolumuz var. Yəni biz sosialist iqtisadi sistemdən imtina etdik, demokratiya, bazar iqtisadiyyatının inkişafı, özəlləşdirmə, sahibkarlar, mülkiyyətçilərin yaranması yoluna qədəm qoyduq. Artıq başqa yol yoxdur”.

Yeni Azərbaycanın bünövrəsi və dövlət quruculuğunun sütunları və strateji niyyətlər Konstitusiyada qoyulmuşdur. Yeni konstitusiyada diqqət mərkəzinə həm kütlənin, həm də fərdin qayğıları, hüquqları, azadlıqları çəkilir. Bu cür liberal dəyərlər Əsas Qanunda geniş əks olunmuşdur. Müstəqilliyimizin 10 illik yubileyində çıxış edən prezident keçdiyimiz çətin və şərəfli tarixi yolu belə qiymətləndirdi:”Mən tam əminəm ki, biz on il böyük yol keçərək, ağır yol keçərək müstəqilliyimizi qoruyub saxlaya bildiksə, onu möhkəmləndirə bildiksə, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət yarada bildiksə, bu dövlətin bütün təsisatlarını yarada bildiksə, demək, Azərbaycanın gələcəyi üçün çox əsaslı, çox möhkəm bir təməl qoymuşuq. Biz öz üzərimizə düşən missiyanın birinci, ən çətin hissəsini yerinə yetirmişik”.

Heydər Əliyev tərəfindən aparılan liberal-demokratik islahatların tətbiqi Azərbaycana nə verdi? -sualına lakonik belə cavab vermək olar:

* Müstəqil dövlət quruldu.Bu dövlətin fəaliyyəti üçün bütün zəruri qanunlar, strukturlar, atributlar yaradıldı;

* Ölkədə dəfələrlə demokratik seçkilər keçirildi; hər sonrakı seçkinin demokratiklik dərəcəsi əvvəlkindənyüksək olduğunu beynəlxalq müşahidəçilər də təsdiqləyirlər;

* Aqrar sahədə özəlləşmə aparıldı; kolxozlar və sovxozlar ləğv edildi və nəticədə ölkədə ərzaq bolluğu yarandı; çörək qıtlığına son qoyuldu;

Heydər Əliyevin liberal-maarifçilik ideyaları çoxcəhətlidir. O, elm, təhsil, mədəniyyət, mənəviyyat, idman, məişət və digər sahələr haqqında dəyərli fikirlər, kəlamlar söyləmişdir. Müstəqillik, milli birlik, vətənpərvərlik, azərbaycançılıq ideyaları Heydər Əliyevin çıxışlarının leytmotivini təşkil edir. Azərbaycan cəmiyyətinin inkişafı üçün dəyərli olan bu fikirlərin alimlərimiz tərəfindən dərindən öyrənilməməsinə ehtiyac duyulur.

Böyük öndər təkrarçılığı sevməzdi, ancaq:”Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və sarsılmazdır” - ifadəsini: dönə-dönə təkrar edirdi. Yüz illərlə müstəqil yaşamayan bir ölkənin vətəndaşları üçün bu çox önəmli və dəyərli ifadədir. Hesab etmək olar ki, bu ifadə ictimai şüura yeridilə bilinib. Ona çox yerdə şüar kimi rast gəlirik, çox insanlardan eşidirik. Qeyd etmək lazımdır ki, dövlətin əbədi olması, onun qüdrətli olması dövlət mənafeyi ilə şəxsi mənafe arasındakı nisbətdən  asılıdır. H.Əliyev  aşağıdakı kəlamında dövlətin mənafeyinin digər mənafelərdən üstün olmasını nəzərdə tutur.

“Azərbaycan dilində danışan, vətənini sevən, yeni milli inkişaf konsepsiyasını qəbul edən hər kəs azərbaycanlıdır”. Bu müddəanı Heydər Əliyev ideologiyasının əsas müddəası hesab etmək olar, çünki  “Azərbaycan” sözü ölkənin bütün vətəndaşlarını birləşdirir və identikləşdirir.

Təhsildə iki dillilik birlik probleminə əngəl yaradır. Sovetlər zamanında təhsilin ikidildə aparılması, bizi azərbaycan dilli azərbaycanlılara, bəzilərini isə rusdilli azərbaycanlılara parçalamışdı. Deməli, başqa dili təhsilə gətirməklə xalqı parçalamaq, onu müxtəlif dünyagörüşlü, müxtəlif mədəniyyətli, mentalitetli etmək olar. Beləliklə, bu nəticəyə gəlmək olar ki, öz dilimizdən geniş istifadə etmək bizi birləşdirər. Bu səbəbdən, böyük öndər düzgün yolubizə belə göstərir: “İndi biz müstəqil dövlətik. Bizim dövlət dilimiz, ana dilimiz Azərbaycan dilidir. Tədris hər yerdə Azərbaycan dilində getməlidir”.

Heydər Əliyev böyük dövlət adamı idi, böyük filosofidi. O, bilirdiki, insan bu dünyanın müvəqqəti qonagıdır. Amma dövlət daimiolabilər, əgər onun yolunda özünü fəda edən övladı varsa:  “Əgər kimsə Azərbaycanı ndövlətçiliyinə xəyanət edəcəksə, mən sondamlaqanıma qədər mübariz əaparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaşkimi də, bir prezident kimi də durmuşam, duracağam və buyolda hər dəqiqə, hər günşəhid olmağa hazıram”. Bu dəyədli fikri biraz da dərinləşdirərək. bəyanedir: “Dövlətçilik haqqında düşünənadam - həm adi vətəndaş, həm dövlət işində işləyən, xüsusən dövlətə başçılıq edən insanlar he çvaxt öz canı haqqında düşünməməlidir”.

Dövlətin qorunmasında milli birliyin rolu danılmazdır. Gənc dövlət üçün, torpağı düşmən tapdağı altında olan millət üçün milli birlik dahavacibdir.Azərbaycana gələn xarici qonaqların bir qismi “sizə birlik lazımdır”, digər bir qismiisə “sizə demokratiya lazımdır” deyirlər.Şübhəsiz, bizəhəmbirlik, həmdədemokratiyalazımdır. Ancaqbirincilərin bizə dost olmalarına şübhə etmirəm. Bizə birlik arzulayanlar dövlətimizin qüdrətlənməsini, demokratiyanıqabardanlarisəgənc dövlətimizin zəifləməsinivəhərc-mərcliyinbaşalıbgetməsiniistəyirlər. Bu səbəbdən də böyük öndər deyir:”Düşmənin Azərbaycanı parçalamaq, dağıtmaq, torpaqlarımızın bir qismini ələ keçirmək planlarının qarşısını almaq üçün, buna sinə gərmək üçün, bu planları pozmaq, Azərbaycanı qorumaq üçün hamının bir məqsədi olmalıdır”.

Bu günümüzün və gələcəyimizin təminatının milli birlikdə olmasını böyük öndər Heydər Əliyev belə ifadə etmişdir: “Mən Azərbaycan Prezidenti kimi ... bu gün deyirəm:Azərbaycanın özündə bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada soydaşlarımızın bir olması vacibdir”.

Milli birliyin dövlətin və xalqın taleyində oynadığı rolu Heydər Əliyev belə dəyərləndirmişdir: “Xalqımızın birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir”.

Amerikalı Yan Kalitisk ilə söhbət zamanı (3.03.2000) Heydər Əliyev iqtidar, müxalifət, demokratiya problemlərinə toxunur:

* “İnsanlar bu mədəniyyəti - demokratiya mədəniyyətini, müxalifət mədəniyyətini, iqtidar mədəniyyətini mənimsəməlidirlər. Bunun üçün zaman və bir dəistək lazımdır”.

* Bu fukirlər BMT baş katibi Pan Ki Munun bu ilin sentyabrında (2012) Beynəlxalq Demokratiya günü münasibəti ilə söylədiyi müracətlə tam həmahəngdir: “Demokratiya bir gecəyə ərsəyə gəlmir, bir il ərzində və ya bir-iki seçki keçirilməsi ilə qurulmur. Demokratiya davamlı və əziyyət tələb edən işdir. Eyni zamanda, bu işə başladığın an artıq geriyə yol olmur”.

Demokratiya ilə bağlı Heydər Əliyevin söylədiyi başqa bir fikir diqqəti cəzb edir: “demokratiya insanların şüurunda dəyişiklik deməkdir.  Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir”. 

Özünü ana-bacısı yolunda fəda edənlərə igid, özünü xalqın, vətənin yolunda qurban verənlərə isə qəhraman adlanərlar. 1990-cı ilin 20 Yanvar qırğını ilə bağlı ulu öndər belə deyir:  “Xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Heydər Əliyevin liberal-maarifçilik ideyalarını bir məqalədə əks etdirmək mümkün deyildir. Bu mövzu ayrıca bir kitabın, möhtəşəm tədbirin, konfransın müzakirə obyektidir. Bu səbəbdən də, məqaləni bu yerindəHeydər Əliyevin örnək demokratikliyindən bir-iki misal gətirməklə istəyirəm. Bu misallardan onun dünyagörüşü, dövlətçilik təfəkkürü haqqda obyektiv fikir yaranır.

1995-ci ildə Bakı Dövlət Universiteti Elmi Şuranın qərarı ilə Azərbaycan Prezidenti Heydər Əliyevi özünün “fəxri doktoru” seçdi. Universitetin prorektoru kimi bu diplomu hazırlamaq mənə həvalə edildi. Mən Bakı ustalarının gücündən istifadə edərək, nəfis tərtib edilmiş bir diplom hazırladıb rektorrəhmətlik M.Ələsgərova  təqdim etdim. Ancaq böyük öndər diplomu o zaman qəbul etmədi və dedi ki, hələ özünüzdə saxlayın.

YAP-ın yaranmasının növbəti ildönümü ilə bağlı keçirilən respublika tədbirində çıxış edənlər müxtəlif təkliflər irəli sürürdülər. Onlardan bəziləri böyük öndərə yüksək ad verilməsini təklif edirdi. YAP-çıların buna haqqı da var idi. Çünki ölkə 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrindən keçmişdi.Tədbirin sonunda çıxış edən YAP sədri Heydər Əliyev bu məsələlərə də toxundu və dedi ki, mənim təltif olmağımla bağlı partiya üzvləri tərəfindən müxtəlif təkliflər səsləndi. Bu yaxınlarda Bakı Dövlət Universiteti mənə “Fəxri doktor” adı vermişdi. Ancaq siz bilin ki, Azərbaycan xalqı mənə ən yüksək vəzifəni etibar etmiş və özünə prezident seçmişdir. Mənə daha heç bir rütbə, dərəcə lazım deyil. Kimə lazımsa,onu mən onlara verəcəyəm.

Analoji hadisə Milli Elmlər Akademiyası tərəfindən də olmuşdur. AMEA-nın Rəyasət Heyəti Heydər Əliyevə akademik  ünvanı verilməsi ilə bağlı qərar qəbul etmişdir. Səhərisi gün bütün dövlət qəzetlərində H.Əliyevin AMEA-nın rəhbərliyinə ünvanlanan  məktubu dərc olundu və o bu adı da qəbul etməkdən imtina etdi.

Rusiyanın nüfuzlu”İkiqat portret” teleproqramıda  jurnalist H.Əliyevə və E.Şevardnadzeyə müxtəlif zamanlarda eyni bir sualla müraciət edir: “Sizin dostunuz varmı?” Şevardnadze: “Bəli, var” - söyləsə də, böyük öndər Heydər Əliyev “yox” cavabı vermişdi. Böyük dövlət adamı Heydər Əliyev bütün vətəndaşlarını özünə dost bildiyiüçün, heç kəsi özünə dost bəyan etmədi.Bu misallardan görnür ki, Heydər Əliyevin dövlətçilik dünyagörüşü, təfəkkürü keçmişə yox, gələcəyə demokratik quruluşa yönəlibdir.

Heydər Əliyev dövrümüzün ən güclü filosoflarından biridir. Onun dövlət, dölət quruculuğu ilə bağlı kəlamları, aforizmləri,mütəfəkkir fikirləri çoxdur. Bunlardan bir qismini onun 90-illik yubleyi ərəfəsində oxuculara təqdim edirəm:

* Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. 

* Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. 

* Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur. 

* Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. 

* Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir. Rüşvətxorluq bizi içimizdən yeyir. 

* Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. 

* Ağıl olan yerdə zora ehtiyac yoxdur. 

* Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir. 

* Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır. 

* Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır. 

* Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur. 

* Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. 

* Yüksəkmədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə  yaşayacaq, həmişə inkişaf edəcəkdir. 

* Mədəniyyət bəşəriyyətin topladığı ən  yaxşı nümunələrlə xalqları zənginləşdirir. 

* Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basılarsa, bax, bu, xalqın ən böyük faciəsidir. 

* Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir. 

* Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. 

* Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. 

* Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun. 

* Fikir müxtəlifliyi təbii hadisədir. 

* Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. 

* Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürəbilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar. 

* Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.

* Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. 

* Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!

Yuxarıda Heydər Əliyevin söylədiyi 50 dən çox sitatdan, aforizmdən istifadə edildi. Aşağıda Qərb dünyasının tanımış dövlət xadimlərinin, Prezidentlərinin, filosoflarının da söylədikləri bəzi  aforizmləri, dəyərli fikirləri oxuculara təqdim edərək, istərdimki, dəyərli oxucular özləri Heydər Əliyevi bu dahi insanlarla müqaisə etsinlər və onun böyük filosof olduğu nəticəsinə özləri gəlsinlər.

* Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinləyərkən bir qulağını əli ilə qapayır və ondan nə üçün belə etdiyini soruşanda deyir: “bir qulağımı müddəhim üçün saxlayıram”.   Plutarx

* Kim deyirsə ki, pul hər şey edər, o özü də pul üçün hər şey edər. B. Franklin

* Pis qanunlarla və yaxşı məmurlarla idarəçilik hardasa mümkündür. Amma pis məmurlarla iş görəndə heç bir qanun kömək etməz. O.Bismark

* İdarəetmənin incəsənəti bundan ibarətdirki, inkan verilməməlidir ki, insanlar öz vəzifələrində qocalsınlar. Napoleon

* Sakit həyata can atmaq azadlıq eşqindən güclüdür. Fridrek Hayek

* Dövlət işində işləyənlər xalqın qulluğunda olduqlarını unutmamalıdırlar.TomasCeferson

* Siyasətçi daim növbəti seçkilər haqqında,dövlət adamı isə gələcək nəsillər haqqında düşünür”. Uitson Çerçil

* Siyasətdə bəzən öz ölkəni və seçicilərini satmaq lazım  gəlir. Mən üstünlüyü ikinciyə verirəm. Şarl de Qoll

* Həmişə prezidentin arxasında duranbir qrup insanlar varki, yaxşı olar ki,onlar qabaqda dursunlar ki, izlənə bilsin. Habbard

* Rəhbərin sənəti -   verdiyi sözlə iş arasında dəqiq münasibət; rəhbərin qisməti -   sadəlik; rəhbərin istedadı -  millətinin böyüklüyünü subut etmək. A.Hitler

* Elə bir dağ yoxdur ki, qızılla yüklənmiş eşşək ora qalxa bilməsin. Roxas

* Dövlətin dəyəri, dövləti meydana gətirən fərdlərin dəyərinə bağlıdır. J.S. Mill

* Təbiət insanlar arasında zəka və mənəviyyatda nəhəng fərq qoyur, cəmiyyət isə rütbə və dərəcə yolu ilə həmişə bu fərqi yox etməyə çalışır. Şopenhauer

* Xöşbəxtlikdən mənim millətim böyük səhvlər etmək üçün çox balacadır. Xendrik Lorens

* İnsan nəslinin naqisliyi həddindən artıq ehtiyatlılıq tələb edir.  Ceyms Medisson

* Mən öz vətənimi qamçılamağı üstünlük verərəm, onu məyyus etməyə üstünlük verərəm,onu əksiltməyə üstünlük verərəm, amma onu aldatmaram. P.Çaadayev

* Padşahlığı dəyişmək istəyirsənsə, əvvəlcə insanlrı dəyiş. Səmavi kitablardan

Tarixin bütün dövürlərində yaşamış dövlət adamlarının, sərkərdələrin və filosofların söylədiyi fikirlərlə, ulu öndər Heydər Əliyevin fikirlərinin müqayisəsi göstərir ki, o, tək müasir azərbaycanın qurucusu deyil, həm də müasir dövrün böyük mütəfəkirlərindən, bəşəri filosoflarından biridir. Bəşəriyyət yaşadıqca o da yaşayacaqdır.

Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının lideri olduğundan onun Azərbaycana və azərbaycanlılara duyğulu arzusu, münasibəti vardı ulu öndərin:

“Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!”

Respublika Gününə həsr olunmuş rəsmi qəbul zamanı (28 May, 2012, Buta sarayı)  Prezident İlham Əliyev ulu öndərlə bğlı dediyi fikirlə məqaləyə son vermək istəyirəm: “ Biz ulu öndərin xatirəsinə həmişə böyük hörmətlə yanaşırıq. Onun siyasi xəttinə sadiqik. Onun qoyduğu yolla gedirik”.Allah rəhmət eləsin.

Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn
997 dəfə oxunub...
Xəbərə səs verin
(0 səs)

XƏBƏRLƏR LENTİ

____________________________Bütün xəbərlər >>>

Style Setting

Fonts

Layouts

Direction

Template Widths

px  %

px  %